Siyasət

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən görüntülər – FOTO

Sharing is caring!




Media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.

Oxu.Az xəbər verir ki, media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin açılışını etdiyi birinci tuneldə olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu yolun ümumi uzunluğu 81,7 kilometirdir bu da Zəfər yolundan 19,3 km qısadır:

“Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1 557 metr, viadukların uzunluğu 1 965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6 450 metrə yaxındır”.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərin görüntülərini təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir