MARAQLI

Bilyard üzrə dünya çempionatında qalmaqal – FOTO/VİDEO

Sharing is caring!


İngiltərənin Şeffild şəhərində keçirilən snuker (bilyard növü) üzrə dünya çempionatı üçüncü oyun günündə ətraf mühitin mühafizəsi fəallarına görə dayandırılıb.

İnsident Robert Milkins və Co Perri arasında ilk tur matçı zamanı baş verib.

Üzərində “Just Stop Oil” yazılmış köynək geyinmiş bir fəal oyun masasının üzərinə çıxıb və portağal tozu səpib.

Daha bir fəal isə yaxınlıqda Mark Allen və Fan Çjenginin oynadığı masanın üzərinə çıxmağa cəhd edib, ancaq əməkdaşlar tərəfindən qarşısı alınıb.

Hadisə nəticəsində fəallar saxlanılıblar.

“World Snooker”dən bildirilib ki, yaxın gələcəkdə birinci masada heç bir oyun oynanılmayacaq, çünki örtük zədələnib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir