Kriminal

Rusiyalı senator Dmitri Savelyev saxlanıldı: Qətldə günahlandırılır

Sharing is caring!

Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.

XəbərAl.az “Kommersant”a istinadən məlumata görə, o, qətlin təşkilində iştirakda şübhəli bilinib.

Bundan əvvəl isə baş prokuror İqor Krasnov Federasiya Şurasına senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə müraciət ünvanlayıb. Federasiya Şurası razılıq verib, beləliklə siyasətçi iclasdan çıxarkən saxlanılıb.

Qeyd edilir ki, Dmitri Savelyev 2016-cı ildən şuranın üzvüdür. O, parlamentin yuxarı palatasında Tula vilayətini təmsil edir. Onun səlahiyyətləri sentyabrda başa çatır.

Federasiya Şurasına gəlməzdən əvvəl Savelyev 17 il Dövlət Dumasının deputatı olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir