İqtisadiyyat

SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına seçilmiş gənclərlə görüşüb – FOTO

Sharing is caring!


Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

SOCAR xəbər verir ki, tələbələr öncə şirkətdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və “Azərbaycan Nefti” sərgisi ilə tanış olublar.

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən R.Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.

Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra görüş müzakirələr formatında davam etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir