İdman

Boks üzrə Azərbaycan milli komandası “Elorda Cup”a yollanıb

Sharing is caring!




Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq.

Oxu.Az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da seçmə komandamızın altı idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər arasında yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir