İdman

“Səbail” İniestanın komanda yoldaşını transfer etdi – FOTO

Sharing is caring!


“Səbail” klubu növbəti transferini rəsmiləşdirib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Ayub Timbe Masika ilə anlaşıb.

Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə “Nanjinq Siti”nin (Çin) formasını geyinib.

Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində “Genk”, “Lyers”, “Ridinq”, “Vissel Kobe” və “Buriram Yunayted” kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda dörd qol vurub.

Xatırladaq ki, məşhur ispan yarımmüdafiəçisi Andres İniesta 2018-2023-cü illərdə “Vissel Kobe” çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir