İdman

Obameyanq “Çelsi”ni Fransa klubuna dəyişir

Sharing is caring!


Pyerr-Emerik Obameyanq karyerasını Fransada davam etdirə bilər.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Çelsi”nin hücumçusunun xidmətində “Marsel” maraqlıdır. Liqa 1 təmsilçisi qabonlu forvardla üç illik müqaviləni razılaşdırıb. Obameyanqın xidmətində Səudiyyə Ərəbistanı klubları da maraqlı olsa da, o, Avropada qalmağı üstün tutub.

“Marsel” tezliklə “Çelsi” ilə danışıqlara başlayacaq.

2022-ci ilin sentyabrında “Barselona”dan London klubuna keçən 34 yaşlı hücumçu ötən mövsüm 22 oyunda üç qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir