İdman

Maliyyə feyr-pleyi problemi: “Barselona” yayda da transfer edə bilməyəcək

Sharing is caring!

“Barselona” yay transfer pəncərəsi zamanı da heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Bu barədə İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib. O, klubun maliyyə feyr-pleyi qaydalarına riayət etmədiyi üçün belə problemlə üzləşdiyini qeyd edib.

“Kataloniyalıların prezidenti Xuan Laporta yenidən məni günahlandırmağa başlayacaq, lakin “Barselona”nın bu yay transfer etməsi demək olar ki, mümkün deyil. Onlara qışda oyunçu almağa icazə verilmədi. Gələn yay da bir şey dəyişməyəcək”, – deyə “Financial Times” Tebasdan sitat gətirib.

Qeyd edək ki, “Barselona” maaş büdcəsini azaltmaq üçün yayda bir neçə ulduz oyunçusu ilə vidalaşmağı planlaşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir