Hüquq

Polis narkomanı həbs edir, məhkəmə isə buraxır – Ekspert

Sharing is caring!

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai birliyi”nin sədri Emil Maqalov sosial şəbəkə hesabında narkomanların həbsi ilə bağlı qalmaqallı paylaşım edib.

Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik:

Narkomaniya ittihamı ilə polis tərəfindən saxlanılan şəxslərin qısa müddət sonra azdlıqda olması cəmiyyətdə birmənalı qarşılanmır.
Doğurdanmı polis həbs etdiyini bir gün sonra azad edir?

Üzərində narkotik maddə aşkar olunmuş şəxslər polis şöbələrinə gətirildikdə, barəsində Cinayət məcəlləsinin müvafiq maddələri istintaq şöbəsində cinayət işi başlanılır, həmin şəxs barəsində həbs qəti imkan tədbiri seçmək və ya istintaq müddətində başqa yerə getməmək haqqında qəti imkan tədbiri seçmək isə polisin yox, məhkəmənin səlahiyyətindədir .

Üzərində narkotik maddə aşkar olunmayan, amma narkotik maddə istifadə edən şəxslər isə narkoloji mərkəzlərdə müayinədən keçirilir. Müayinə zamanı həmin şəxsin analizində dövriyyəsi qadağan olunmuş narkotik maddə aşkar olunarsa, barəsində inzibati xətalar məcəlləsinin 206-cı maddəsilə protokol tərtib olunaraq aidiyyatı üzrə məhkəməyə göndərilir. Həmin şəxs barəsində qanuna uyğun olaraq məhkəmə tərəfindən 300 manatdan 400 manata qədər cərimə və ya 15 gündən 60 günədək inzibati həbs və ya məcburi müalicə nəzərdə tutulur.

Yəni, narkotik ittihamı ilə saxlanılan şəxslərin bir-iki gün sonra azadlıqda olması polisin deyil, məhkəmə sisteminin fəaliyyəti ilə bağlıdır. Azərbaycan qanunvericiliyi ilə şəxs barəsində həbs qəti imkan tədbirinin seçilərək azadlığının məhdudlaşdırılması məhkəmə orqanlarının səlahiyyətindədir.

Emil Maqalov Regional Sosial Təşəbbüslərə Dəstək İctimai birliyi”nin sədri

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir