Dünya

Krımdakı aerodroma raket zərbəsindən sonra peykdən çəkilmiş görüntüləri yayıldı – FOTO/VİDEO

Sharing is caring!




Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumundan sonra Sevastopolun (Krım) Belbek aerodromunun peykdən çəkilmiş görüntüləri yayılıb. Kadrlarda məhv edilmiş “S-400” zenit-raket kompleksinin radiolokasiya sistemi də əks olunub.

Məlumata görə, mayın 14-dən 15-nə keçən gecə həyata keçirilən hücum nəticəsində iki “MiQ-31” qırıcı təyyarəsi məhv edilib, yanacaq-sürtkü materialları anbarı da yanıb. Bundan başqa, 11 rusiyalı hərbçi yaralanıb. Həmin gün səhərə yaxın raketlə Vişnyovoye kəndi ərazisində “S-400 Triumf” hava hücumundan müdafiə sistemi vurulub. Hücumdan sonra HHM raket sistemi alovlanıb. İki hərbçi həlak olub, ikisi isə yaralanıb. Mayın 16-na keçən gecə aerodromun yanacaqdoldurma məntəqəsinə hücum həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti öz növbəsində məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və pilotsuz katerlərdən istifadə etməklə bir sıra hücumlarının qarşısını alıb. Belə ki, növbətçi HHM sistemləri Krım yarımadası ərazisi üzərində 51, Krasnodar diyarında 44, Belqorod vilayəti ərazisində altı və Kursk vilayəti ərazisi üzərində bir PUA məhv edib və ələ keçirib. Həmçinin, ötən gecə Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri Qara dənizdə altı pilotsuz kateri məhv edib.

Mənbə: “Astra” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir