Dünya

“Qalatasaray” 14 oyunluq qələbə rekordunu təkrarladı – VİDEO

Sharing is caring!




“Qalatasaray” Superliqanın 33-cü həftəsində “Rams Park”da “Pendikspor”la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, son 13 liqa oyununda qalib gələrək əla start götürən və çempionluq yürüşünü davam etdirən “sarı-qırmızılar”, İstanbul komandasına 4-1 hesabı ilə qalib gələrək, liqada özlərinə məxsus 14 oyunluq qələbə rekordunu təkrarlayıblar.

Aslanlara qələbə qazandıran qolları Mauro İkardi, Abdülkerim Bardakcı, Dris Mertens və penaltidən Kerem Aktürkoğlu vurublar. İstanbul komandasının yeganə qolunu “Qalatasaray”ın sabiq futbolçusu Alpaslan Öztürk vurub.

“Sarı-qırmızılar” bu qələbə ilə xallarını 90-a yüksəldiblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir