Dünya

İsrail İrana nə vaxt cavab zərbələri endirəcək? – Qərar ləngiyir…

Sharing is caring!




İsrail hərbi kabinetində İranın hücumuna cavab və onun vaxtı ilə bağlı qızğın müzakirələr gedir.

Məlumata görə, həm silahlı cavab variantları, həm də İranı dünya miqyasında daha da təcrid etmək üçün diplomatik yollar nəzərdən keçirilir.

Hərbi variantlar arasında İran obyektinə hücum nəzərdə tutulur ki, bu da itkilərə səbəb olmayacaq, əksinə müəyyən mesaj verəcək.

Qeyd olunur ki, İsrailin hərbi kabinetinin naziri Benni Qantz daha sürətli cavab verməkdə israrlıdır, lakin baş nazir Benyamin Netanyahu hələ də qərarı ləngidir.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir