Dünya

Ermənistan Cənubi Qafqazda Avropanın iştirakını qanuniləşdirdi

Sharing is caring!

Ermənistan parlamenti Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

Bununla bağlı parlamentin iclasını Ermənistan xəbər portalları yayımlayıb.

“57 deputat lehinə səs verdi, əleyhinə səs verən olmadı, 27 deputat bitərəf qaldı. Qərar qəbul edildi”, – deyə parlament spikerinin müavini Ruben Rubinyan bildirib.

Qərar sənədin ölkə prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.

Razılaşma Ermənistanın səlahiyyətli orqanlarına imkan verəcək ki, Aİ missiyasını, o cümlədən onun bölmələrini, qərargahını və heyətini gömrük və vergi məsələləri üzrə diplomatik statuslu nümayəndəlik kimi nəzərdən keçirsin.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Azərbaycanla şərti sərhəddə missiyanın fəaliyyəti ilk haldır ki, Aİ bir qurum kimi Ermənistanın təhlükəsizliyi ilə bağlı sahələrdə iştirak edir. O əmin edib ki, İrəvanın Qərb ölkələri, o cümlədən Avropa İttifaqının üzvləri arasında münasibətlərin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssellə missiyanın daha iki il uzadılmasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir