Dünya

Vatikan büdcəsindən pul oğurlayan kardinala sərt cəza verildi

Sharing is caring!


Vatikan Məhkəməsi kardinal Ancelo Beççunu maliyyə cinayətlərinə görə 5,5 il həbs və 8 min avro məbləğində cərimə ilə cəzalandırıb.

O, Vatikan cinayət məhkəməsi qarşısına çıxan Katolik Kilsəsinin ən yüksək rütbəli ruhanisi olub.

Beççudan başqa, maliyyəçilər, hüquqşünaslar və keçmiş Vatikan işçiləri də daxil olmaqla, daha 9 nəfər Londonda qeyri-şəffaf daşınmaz əmlak sövdələşməsi ilə bağlı maliyyə cinayətlərində ittiham olunub.

İttiham tərəfi kardinala 7 il 3 ay həbs cəzası istəyib. Beççu ona qarşı irəli sürülən ittihamları “tamamilə əsassız” adlandırıb və heç vaxt büdcədən bir qəpik də götürmədiyini deyib. Onun vəkilləri kardinalın təqsirsizliyini müdafiə etmək niyyətində olduqlarını və apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, Vatikanda sözügdən məhkəmə işi 2021-ci ilin iyulunda başlanıb. İş Londonun mərkəzində bir binanın açıq-aydın yüksək qiymətə alınması ilə bağlı olub. İstintaq “maliyyə sızmasını” 200 milyon avrodan çox qiymətləndirib.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir