Dünya

HƏMAS Siyasi Bürosunun ilk qadın üzvü İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb

Sharing is caring!


Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosuna daxil olan ilk qadın Cəmilə əş-Şanti Qəzzada həlak olub.

Bu barədə “Arabi-21” informasiya portalı Qəzzadakı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Əş-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələr nəticəsində ölüb.

HƏMAS-ın özü hələlik bu məlumatı şərh etməyib.

Hərəkatın qurucularından biri Abdel Əziz Rantisinin arvadı olan Əş-Şanti ərinin 2004-cü ildə vəfatından sonra siyasi fəaliyyətini davam etdirib.

O, xüsusilə, Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS Siyasi Bürosunun üzvü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir