Dünya

“Twitter”in yeni loqosu qalmaqal yaratdı: İstintaq başladıldı – VİDEO

Sharing is caring!


Amerikalı milyarder İlon Mask bu yaxınlarda özünün “Twitter” şirkətinin ofisində eyniadlı sosial şəbəkənin rebrendinqini vurğuayan nəhəng “X” loqosunu quraşdırıb.

Lakin məlum oldu ki, loqo yerli qanunları pozur.

San-Fransisko qanunlarına görə, “Twitter” şirkətinin yerləşdiyi binaya loqo quraşdırmadan əvvəl müvafiq icazə almaq lazımdır.

“Bu işarənin quraşdırılması üçün müvafiq plan və onun təsdiqi tələb olunur. Şəhər administrasiyası məsələdən şikayət edir və araşdırmaya başlayır”, – San Fransisko Tikintinin Təftişi Departamenti bildirib.

Qeyd edək ki, bugünlərdə Mask “Twitter” sosial şəbəkəsinin rebrendinqini elan edib. O, mavi quş loqosunu “X” hərfi ilə əvəzləyib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir