Dünya

Türkiyə axtarış-xilasetmə əməliyyatlarının tamamlandığı bölgələr açıqlandı

Sharing is caring!

Kahramanmaraş və Hatay istisna olmaqla, zəlzələdən zərər çəkmiş bütün bölgələrdə axtarış-xilasetmə işləri yekunlaşıb.

Bunu Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər deyib.

O əlavə edib ki, xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq ümidi ilə hər gün işlərini davam etdirirlər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində iki güclü zəlzələ baş verib.

Son məlumatlara görə, Türkiyədə zəlzələlər nəticəsində 40 689 nəfər ölüb, 108 068 nəfər xəsarət alıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir