Dünya

İspaniya polisi dünyada ən böyük marixuana partiyasını aşkar edib

İspaniya polisi azı 64 milyon avro dəyərində 32 ton qablaşdırılmış marixuana müsadirə edib. Bu, dünyada polisin tapdığı ən böyük partiya olub. “Bağlar” adlı əməliyyat çərçivəsində İspaniyanın müxtəlif yerlərində bir neçə ferma və istehsalat zavoduna basqın edilib. Həmçinin, 20-59 yaş arası iyirmi nəfər həbs olunub. “Mülki Qvardiya indiyədək aşkar edilmiş ən böyük qablaşdırılmış marixuana partiyasını müsadirə […]

Dünya

Almaniya Ukraynanı “Leopard 2” tankları ilə təmin edə bilər

Bizim Almaniyanın ölkəmizə “Leopard 2” tanklarını təhvil verəcəyinə ümid etməyə əsaslarımız var. Bunu Ukraynanın Almaniyadakı yeni səfiri Oleksey Makeyev noyabrın 5-də alman mediasına müsahibəsində bildirib. Eyni zamanda, Makeyev bu məsələ ilə bağlı Almaniya hakimiyyəti ilə fundamental əhəmiyyətli danışıqların aparıldığı iddiasına toxunub. Səfir bildirib ki, onlar həmçinin Ukraynanın ehtiyac duyduğu “Marder” piyada döyüş maşınları, “Fuchs” və […]

Dünya

Fransa millətçilərinin lideri dəyişdi: Le Peni 27 yaşlı gənc əvəz etdi

Avropa Parlamentinin 27 yaşlı deputatı Cordan Bardella Fransanın Milli Birlik Partiyasına rəhbərlik edəcək. O, bu postda Marin Le Peni əvəzləyəcək. Le Pen 2011-ci ildən bu vəzifədədir. Lakin 2022-ci ilin iyununda o, Fransa Milli Assambleyasında işləmək üçün partiya sədrliyindən ayrılacağını və parlament qrupunun rəhbəri olacağını elan etmişdi. Sentyabrın 9-dan etibarən yeni sədr üçün partiyadaxili seçkilər başlayıb. […]

Dünya

Türkiyədə sərnişinin zarafatına görə təyyarə təcili eniş etdi

Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yolları təyyarəsində sərnişinin zarafatı böyük çaxnaşmaya səbəb olub. Məlumata görə, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli “Boeing B737-900” tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri “Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq”, –  deyə zarafat edib. Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi […]

Dünya

“Microsoft”un həmtəsisçisinin kolleksiyası hərraca çıxarılıb

“Microsoft”un mərhum həmtəsisçisi Pol Allenin şəxsi kolleksiyası “Christie’s”də satışa çıxarılıb. Sənət əsərlərinin rekord məbləğə – toplam 1 milyard dollara satılacağı gözlənilir. Satışlar gələn həftə baş tutacaq. Qeyd edək ki, Allenin kolleksiyasında 150-dən çox rəsm var ki, onların hər biri 100 milyon dollardan yuxarı qiymətə satıla bilər. Xatırladaq ki, Allen 2018-ci ildə 65 yaşında xərçəng xəstəliyindən […]

Dünya

İtaliyada helikopter qəzası nəticəsində yeddi nəfər ölüb

İtaliyanın Apuliya bölgəsinin cənub hissəsində xilasetmə xidmətləri ikisi uşaq olmaqla, yeddi nəfəri daşıyan helikopterin qalıqlarını aşkarlayıb Bu barədə vilayətin vitse-prezidenti Rafaele Piemontese bildirib. “Alidaunia” nəqliyyat şirkətinin “Agusta A109” helikopteri İtaliyanın cənubunda radarlardan itib. Məlumata görə, ki, helikopter Adriatik dənizindəki Tremiti adalarından saat 9:20-də (Bakı vaxtı ilə 12.20) havaya qalxıb və təxminən bir saat sonra radarlardan […]

Dünya

“Telegram”da yeni funksiya istifadəyə verilib

“Telegram” üçün messencerə bir sıra yeni funksiyalar əlavə edən yeniləmə buraxılıb. Yeniliklərdən biri də eyni hesabı bir neçə istifadəçi adı ilə əlaqələndirmək imkanıdır. Əlavə istifadəçi adlarının ödənişli imtiyaz olduğu qeyd olunur. Onları “Fragment” adlı xüsusi auksion platformasında almaq olar. Əlavə adlar orijinal adlardan beş simvoldan qısa ola bilməsi ilə fərqlənir. İstənilən halda, onlar satıla və […]

Dünya

ABŞ-də Rusiyaya qarşı ərazi iddiası irəli sürülüb

Arktikada yerləşən Vrangel adası Rusiyaya yox, ABŞ-a məxsus olmalıdır, Vaşinqton onu geri almalıdır. Bu sözləri “The Wall Street Journal”ın (WSJ) köşə yazarı, ABŞ-da Arktikanın Kəşfiyyatı Komissiyasının keçmiş rəhbəri Tomas Dans yazıb. Onun sözlərinə görə, Rusiya bu ərazini 1924-cü ildən “Qırmızı Oktyabr” qayığı adaya gələrək sovet bayrağını sancdıqdan sonra qanunsuz olaraq mənimsəyib. “Bir neçə Arktika adası […]

Dünya

Britaniyada miqrantlar “üsyana” qalxdılar

Britaniyanın Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsindəki miqrantlar iğtişaş törədiblər. İğtişaşlara səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan problemlər olub. Belə ki, düşərgədə elektrik enerjisi və su təchizatı kəsilib. Ancaq problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb. Nəticədə şənbə günü çoxu bıçaqla silahlanmış 100-ə yaxın miqrant mərkəzin həyətinə soxulub. Yerli əməkdaşlar hadisə […]

Dünya

Eko-fəallar əllərini Fransisko Qoyanın rəsm əsərlərinə yapışdırdılar – VİDEO

Noyabrın 5-də Madriddəki Prado Milli Muzeyində iki ətraf mühit fəalı əllərini ispan rəssamı Fransisko Qoyanın (1746-1828) iki rəsminin çərçivələrinə yapışdırıblar. Onlar etiraz aksiyası üçün “Çılpaq Maxa” və “Geyimli Maxa” tablolarını seçiblər. Bununla yanaşı, fəallar rəsmlərin arasındakı divarda qara boya ilə “+1,5 dərəcə” yazıblar. Bununla da onlar Paris razılaşması ilə müəyyən edilmiş 1,5 dərəcə orta temperatur […]