İqtisadiyyat

Rəqəmsal transformasiya ilə bağlı fərman

Prezident İlham Əliyev rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. “XəbərAl.az” xəbər verir ki, fərmanda deyilir: 1. Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının […]

Gündəm

“Azərbaycan Kosmik Agentliyi” yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.  “XəbərAl.az” xəbər verir ki, fərmanda deyilir: 1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın. 2. Agentlik “Azərkosmos” Açıq Səhmdar […]

Siyasət

Prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi

Azərbaycan Prezidenti İlham Əliyev Alimpaşa Məmmədovu vəzifəsindən azad edib.  “XəbərAl.az” xəbər verir ki, sərəncama əsasən, Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, A. Məmmədov 2014-cü ildən Şəmkirin icra başçısı idi.  Ötən gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən əməliyyat keçirilib. A. Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib. […]

Mədəniyyət

Baloğlan Əşrəfov dəfn olundu

Ötən gün koronavirusdan vəfat edən Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub. Bu barədə Əməkdar artist Yusif Mustafayev məlumat verib.  Müğənni qeyd edib ki, həmkarının nəşi gecə torpağa tapşırılmaq üçün Masallının Bədəlan kəndinə aparılıb, bir neçə dəqiqə əvvəl son mənzilə yola salınıb. XəbərAl.az

İdman

Bakıdakı Dünya Kuboku ləğv edildi

Bakıda keçiriləcək güllə və stend atılıcılığı üzrə 2021-ci il Dünya Kuboku ləğv edilib. “XəbərAl.az” xəbər verir ki, buna səbəb Azərbaycanda koronavirusa yoluxanların sayının artması göstərilib. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının açıqlamasında bildirilib ki, təəssüf doğursa da, qərar idmançıların sağlamlığını qorumaq üçün verilib. XəbərAl.az 

İncəsənət

“Ölümündən 3 saat öncə Baloğlan Əşrəfovla danışmışdım”

“Onunla üç saat öncə danışdım”. “XəbərAl.az” xəbər verir ki, bunu Əməkdar artist Baloğlan Əşrəfovun ölümü ilə bağlı kədərini bölüşən şair, ədəbiyyatşünas Vüqar Əhməd sosial şəbəkə hesabında yazıb. “Dedi, Vüqar, yaxşı olacağam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”, – V.Əhməd əlavə edib. Qeyd edək ki, Əməkdar artist Baloğlan Əşrəfov ötən gün koronavirusdan vəfat edib.

Siyasət

Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq – Video

“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşirdi”. “XəbərAl.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib. Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar: “Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik. […]

Mədəniyyət

Baloğlan Əşrəfov vəfat etdi

Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. “XəbərAl.az” xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb. O, 69 yaşında dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi. Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə […]

Sosial

Prezident ailə üzvləri ilə Bəsitçayın sahilində – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. “XəbərAl.az”ın məlumatına görə, Zəngilana səfər zamanı Prezident ailə üzvləri ilə birgə Bəsitçayın sahilində də olublar. Bunu əks etdirən fotoları Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşıb. XəbərAl.az

AKTUAL

Prezident zəngilanlılarla birgə “Ağıllı kənd”in təməlini qoydu – Video

Xəbər verdiyimiz kimi, Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. “XəbərAl.az”ın məlumatına görə, işğaldan azad olunmuş ərazilərə səfər zamanı dövlət başçısı Zənilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin də təməlqoyma mərasimində iştirak edib. Təməlqoyma mərasimində kənd sakinləri də iştirak edib. XəbərAl.az