Təhsil

Sabahdan birinci siniflərə şagird qəbulu başlayır

Sabahdan, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. XəbərAl.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət […]

Gündəm

Hüseynbala Mirələmovla videosu yayılan qadınla bağlı qərar verildi

Xəbər verdiyimiz kimi, 23 apreldə YAP İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP), eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılıb. YAP Xətai rayon təşkilatının sabiq sədri H. Mirələmovun qeyri-əxlaqi hərəkət etdiyi xanım işçisi də Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. XəbərAl.az

Xarici siyasət

Azərbaycan XİN-dən “Metsamor”la bağlı çağırış

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar bəyanat yayımlayıb. “XəbərAl.az”ın xəbərinə görə, bəyanatda bildirilir: “Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik. 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə […]

İncəsənət

Arif Quliyevin vəziyyəti ağırdır – Təcili süni nəfəs aparatına qoşdular

Xalq artisti, sevilən sənətkar Arif Quliyev koronovirusa yoluxub. XəbərAl.az xəbər verir ki, bu haqda aktyorun oğlu Rövşən Quliyev Moderator.Az-a danışıb.  “Atam koronovirusa yoluxub, bu xəstəliyi ağır keçirir. Onun xəstəliyi olduğu üçün evdə müalicə alırdı, biz inanmırdıq ki, koronovirusa yoluxmuş ola bilər. 2 gün əvvəl səhər saatlarında onu təcili xəstəxanaya yerləşdirdik.Kate etdik, 90 faiz ağciyəri yoluxub, buzun […]

Media

AzTV-də yubiley filmi – Heydər Əliyevin nadir kadrları – VİDEO

Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb. “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb. Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib. Filmdə nadir kadrlar da yer alıb. Belə ki, Ulu Önədər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış […]

Mədəniyyət

Mir Cəlal Paşayevin anadan olmasından 113 il ötür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 112 il keçir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir […]

MARAQLI

İqlim dəyişiklikləri Yer oxunun əyilmə bucağını dəyişib

Çin alimləri müəyyən ediblər ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını dəyişib. Bu barədə “Geophysical Research Letters” elmi nəşri məlumat verib. Alimlər fırlanma sürətinə əsasən belə bir fikir irəli sürüblər. Qeyd edək ki, Yerin çəkisi və səthindəki dəyişikliklər onun fırlanma sürətinə təsir göstərir. Alimlər müəyyən ediblər ki, son 40 ildə […]

İqtisadiyyat

Manat həftəyə belə başladı

Azərbaycan Mərkəzi Bankı 26 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0590, 1 türk lirəsi 0.2018, 1 rus rublu 0.0227, 100 İran rialı 0.0040, 1 gürcü larisi 0.4942 manatdır. XəbərAl.az

İdman

Qılıncoynadanımız 20-ci Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan sablyaçısı bu şərəfə aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində nail olub. “XəbərAl.az” xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna Başta ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib. A.Başta bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Təmsilçimiz pley-offun birinci görüşündə […]

AKTUAL

Qondarma erməni soyqırımı iddiasına hüquqi qiymət verilə bilərmi?

Beynəlxalq münasibətlərdə “siyasi tarazlıq” prinsipi var. Bu, əsasən yeni yaranan və ya gücə çevrilə biləcək dövlətlərə qarşı onu təsir altında saxlamaq istəyən güclər tərəfindən süni problemlər yaratmaqdır. Orta əsrlərdə “təbii sərhədlər” və “siyasi tarazlıq” prinsipindən geniş istifadə olunurdu. Əsasən də Fransa kralı IV Henrix daha təsirli formada bu mexanizmi həyata keçirərək, dövlət siyasəti vəziyyətinə gətirmişdi.Türkiyəyə […]