Manşetüstü Sosial

Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur – ÜST

Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır. XəbərAl.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı “İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması” mövzusunda seminarda deyib. Onun sözlərinə görə, Azərbaycanda tütünçəkmə ilə […]

Dünya manset

Bağdadini satan yaxını 25 milyon dollar alacaq

İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi əməliyyatı onun yaxın çevrəsindəki informator sayəsində uğurla baş tutub. XəbərAl.az  xəbər verir ki, bu barədə “Vaşinqton Post” informasiya yayıb. Məlumata görə, əməliyyat zamanı xüsusi xidmət orqanlarına kömək edən terrorçu Bağdadinin Suriyada hərəkət istiqamətini koordinasiya edən şəxs olub. O, həmçinin Bağdadinin İdlibdəki sığınacağının tikilməsinə yardım edib. Sözügedən şəxs ABŞ hərbçilərinə İŞİD […]

Bölgə manset

Ermənilər atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, […]

İqtisadiyyat Manşetüstü

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,95 ABŞ dolları və yaxud 1,45% artıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,30 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İqtisadiyyat Manşetüstü

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2019)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. XəbərAl.az xəbər verir ki, avronun məzənnəsi 0,14% artaraq 1,8885 manat, Rusiya rublunun məzənnəsi isə 0,37% azalaraq 0,0266 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1.8885 1 Rusiya rublu 0.0266 1 Avstraliya dolları 1.1667 1 Argentina pesosu 0.0286 1 Belarus rublu 0.8279 […]

Hadisə manset

Daha bir ağır qəza: 2 nəfər öldü

Qəbələ rayonunun Mirzəbəyli kəndində VAZ markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. FHN-dən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə manset

Gəncə şəhərində yük maşını qəza törədib – FOTO

Gəncə şəhərində yük maşını qəza törədib. XəbərAl.az-ın məlumatına görə, Nizami Gəncəvi prospektində hərəkətdə olan “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşını maneəyə çırpıb. Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və yol təsərrüfatına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

manset Siyasət

MDB ölkələrinin müdafiə nazirləri Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları oktyabrın 30-da Şəhidlər xiyabanını ziyarət ediblər. XəbərAl.az-ın məlumatına görə, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən iclas […]

manset Siyasət

Bu nazirlikdə kadr dəyişikliyi oldu

Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb. XəbərAl.az  xəbər verir ki, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub. Bundan başqa, nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq. Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi […]

AKTUAL manset

SALEH MƏMMƏDOV İŞDƏN ÇIXARILDI? – ŞİŞİRDİLMİŞ RƏQƏMLƏR VƏ YAMAQLI YOLLAR AZƏRYOL ŞEFİNİ BİTİRDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov işdən çıxarılıb. XəbərAl.az xəbər verir ki, bu barədə Azəryol ASC-dəki mənbə deyib. Bildirirlib ki, Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun naşı idarəçiliyi yuxarıların qəzəbinə səbəb olub. Dövlətin pulların istədiyi kimi istifadə edən S.Məmmədov, şişirdilmiş rəqəmlər və yolyamaqları ilə işini bitmiş hesab etməsi onun vəzifədən alınmasına səbəb […]