manset Siyasət

İlham Əliyev MDB müdafiə nazirləri ilə görüşdü – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. XəbərAl.az  xəbər verir ki, Prezident İlham Əliyev qonaqları salamlayıb: -Əziz qonaqlar, sizi salamlayıram. Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə […]

Kriminal manset

Astarada 17 il axtarışda olan şəxs tutuldu

Astara rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində […]

Kriminal manset

Vəkillər Kollegiyasının üzvünə və müstəntiqə hökm oxundu

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. XəbərAl.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul […]

AKTUAL manset

Dövlət Agentliyi zərərlə işləməsinin səbəblərini – Açıqladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi indiyə qədər zərərlə işləməsinin səbəblərini açıqlayıb. XəbərAl.az-ın məlumatına görə, qurumun açıqlamasında deyilir ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. […]

Dünya manset

Bağdadinin öldürülməsinin arxasındakı ŞOK SİRR: Türkiyə gizli məqamları açdı

İŞİD lideri Əbubəkr əl-Bağdadinin Türkiyə ordusunun müşahidə məntəqələrinin yerləşdiyi İdlib şəhərində ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində öldürülməsi bir çox suallar yaradıb. XəbərAl.az  xəbər verir ki, Bağdadi əməliyyatının Türkiyəyə qarşı təxribat məqsədli tələ ola biləcəyi şübhəsi artır. Belə ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqark “Vaşinqton Post”a yazdığı məqalədə “Türkiyənin açıqlamaq məcburiyyətində olduğu bəzi şeylər var” sözləri […]

AKTUAL manset

Milli Şuranın 2 noyabr mitinqinə İCAZƏ VERİLDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Xatırladaq ki, Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş […]

manset Siyasət

ABŞ-ın soyqırım qərarına PA-dan – Münasibət

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik. XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Şöbə müdiri vurğulayıb ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib: […]

Bölgə manset

DSX: Ermənilər Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub

Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan silahlı qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sər­həd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəbərAl.az-a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub. “Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan […]

AKTUAL manset

Bu bizim üçün fürsətdir – Zakir Həsənov

Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə təşəkkürümü bildirmək istərdim. XəbərAl.az xəbər verir ki, bu sözləri Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının […]

manset Region

Azərbaycan əslli rus əsgərin Suriyada türk hərbçisinə dediyi bu sözlər DÜNYADA GÜNDƏM OLDU – VİDEO

Soçi memorandumu çərçivəsində Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Rusiya əsgərlərinin ortaq nəzarət aparması üçün hazırlıqlar davam edir. XəbərAl.az  xəbər verir ki, Hasekedə Azərbaycan əsilli rus əsgər türk əsgərinə “gəl, qardaş, gəl. Hər şey yaxşıdır, gəl” sözləri ilə səslənib. Həmin anlar bölgədəki xarici mətbuatın kameralarına əks olunub. Azərbaycanlı əsgərin sözləri Türkiyədə maraqla qarşılanıb.