Hadisə manset

Göyçayda ekskavator yandı

Göyçayda ekskavator yanıb. Fövqəladə Hallar Nazirliyindən XəbərAl.az-a erilən məlumata görə, rayonun Çayarxı kəndində “Cat” markalı ekskavatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AKTUAL manset

İlham Əliyev həmsədrləri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

AKTUAL manset

“Prioritet məsələ ali təhsilin əlçatanlığıdır” – Ceyhun Bayramov

“Hər bir dövlət üçün prioritet məsələ ali təhsilin əlçatanlığıdır. Ali təhsil müəssisələrinə dövlət hesabına təqdim edilən yerlərin sayında bu il 66 faiz artım olub”. XəbərAl.az  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına ali təhsil alanların sayı 20 min 500-ə çatıb. Tələbələrin təqaüdü 20 […]

manset Siyasət

Gürcüstanın XİN başçısı parlamentdə Keşikçidağı ilə bağlı sualları cavablandıracaq

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək. XəbərAl.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib. Onun sözlərinə görə, nazir çıxışı zamanı bir sıra məsələlərə toxunacaq: “David Zalkaliani çıxışında rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş, işğal altında olan ərazilərdə vəziyyət barədə danışacaq. Nazir həmçinin David […]

manset Siyasət

Mnatsakanyanla son görüşdən məyus oldum – Nazir

Biz hələlik Ermənistan xarici işlər naziri ilə olan görüşlərdən nəticələr gözləyirik. XəbərAl.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. “Sonuncu dəfə biz bir ay əvvəl ABŞ-da görüşmüşük. Erməni həmkarımla sonuncu belə görüş Nyu Yorkda Minsk Qrupunun iştirakı ilə baş tutdu. Düzünü desəm, mən ondan bir qədər məyus oldum. […]

manset Təhsil

5 fənn üzrə 40 medal – Nazir açıqladı

Azərbaycan məktəblərindən 33 mindən çox şagird fənn olimpiadalarına qatılıb. XəbərAl.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan təmsilçiləri beynəlxalq olimpiadalarda 1 qızıl, 17 gümüş 22 bürünc olmaqla, ümumilikdə, 40 medal qazanıb. Təmsilçilərimiz 5 fənn – fizika, kimya, informatika, riyaziyyat və coğrafiya üzrə uğur qazanıblar.

Hadisə manset

Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb. XəbərAl.az  xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib. Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. […]

İqtisadiyyat manset

Prezidentdən nazirə: Belə davam edərsə… – Video

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə Prezident İqtisadiyyat naziri Şahin Mustafayevdən bəzi məsələlərə aydınlıq gətirməsini istəyib. XəbərAl.az xəbər verir ki, Maliyyə naziri Samir Şərifov İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alındığını, həmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya […]

Manşetüstü Mədəniyyət

UNESKO-da İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib – FOTO

UNESKO-da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib. XəbərAl.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun baş qərargahında keçirilib. Tədbirdə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESKO-nun baş direktorunun mədəniyyət məsələləri uzrə muavini Ernesto Ottoné Ramirez, Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniyanın Giessen Universitetinin professoru Michael R. Hess cıxış ediblər. […]

Hadisə manset

Bakıda yol polisi vuruldu

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir. Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan […]