Dünya manset

Şok olay: Prezidentin təyyarəsi havada YOXA ÇIXDI

Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedinin xidməti təyyarəsi havada yoxa çıxıb. XəbərAl.az xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya yayıb. Xəbərə görə, göyərtəsində 4-ü ekipaj üzvü olmaqla, 8 nəfər uçan “An-72” hərbi təyyarəsi radarlardan itib. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb. Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.

Dünya manset

SON DƏQİQƏ: Hərbi əməliyyatların 3-cü günündə türk ordusuna ŞOK: F-16-lar havaya qalxdı və …

Suriyanın şimalında təşkil edilən “Sülh Çeşməsi” hərəkatında PKK/YPG-PYD terrorçuları Türkiyə Silahlı Qüvvələri tərəfindən həm qurudan, həm də havadan bombardman edilir. XəbərAl.az  xəbər verir ki, F-16 döyüş təyyarələri terrorçuların bir çox mövqeləri vurularaq məhv edilib. Sübh saatlarından etibarən terror təşkilatlarının hərəkət sahələri və daha əvvəl qazdıqları çuxurlar kəskin top atışları ilə birlikdə havadan F-16 qırıcıları ilə […]

manset Siyasət

Aşqabadda iclas başladı, İlham Əliyev çıxış etdi – Foto

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. XəbərAl.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb. Sonra birgə foto çəkdirilib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamlayıb və iclasın işinə uğurlar arzulayıb. […]

manset Region

İrana DƏHŞƏTLİ HÜCUM: 2 gəmisi partladıldı

İranın “Sinopa” adlı neft tankerində partlayış olub. XəbərAl.az “Röyters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında baş verən hadisədən sonra yanğın meydana gəlib. Hadisə ilə bağlı İrandan verilən ilk açıqlamada partlayışın səbəblərinin araşdırıldığı, ehtimallardan birinin hücum ola biləcəyi, tanker heyətinin vəziyyətinin yaxşı olduğu qeyd edilib. Yanğın bir müddət sonra nəzarət altına alınıb. Daha […]

Dünya manset

Suriyadan şok: Türkiyəyə hücum üçün bəhanə verdilər

Suriya kürd qruplaşmaları ilə danışıqlar aparmağa hazırlaşmır. XəbərAl.az  xəbər verir ki, bunu Suriya Xarici İşlər nazirinin müavini Feysal Mikdad deyib. Onun sözlərinə görə, kürdlər ölkəni sataraq, Türkiyəyə Suriyanın suverenliyini pozması üçün bəhanə veriblər: “Biz xarici qüvvələrin əsirinə çevrilənlərlə heç bir dialoq və danışıqlara razılaşmayacağıq. Suriya ərazisi Vaşinqton agentləri üçün plasdarm olmayacaq. Kürd qruplaşmaları keçən illərdə […]

Dünya manset

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb. XəbərAl.az  “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb. Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib. Qeyd edək ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa […]

İqtisadiyyat Manşetüstü

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı artıb

Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel artaraq 755 min barel olub. Energetika Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, bu həcmin 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib. Beləliklə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min […]

İdman Manşetüstü

Marko Rossi: “Azərbaycana qarşı tam fərqli futbol oynamalıyıq”

“Bugünkü oyunumuza görə azarkeşlərdən üzr istəyirəm. Bu şəkildə məğlub olmağımızı qəbul edə bilmərəm”. XəbərAl.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiya kollektivinə 0:3 hesabı ilə uduzduqları oyundan sonra söyləyib. 55 yaşlı italiyalı mütəxəssis nə baş verdiyini anlamaq üçün matçı analiz etməli olduqlarını deyib: “Özümüzə inamı qaytarmalıyıq. Çünki […]

Dünya manset

Türk ordusunun 2 günlük nəticəsi: 277 meyit, 11 kənd

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi”(Barış pınarı) əməliyyatında məhv edilən terrorçuların sayını açıqlayıb. XəbərAl.az xəbər verir ki, iki gün zərərsizləşdirilən terrorçuların sayının 277-yə çatdığı açıqlanıb. Kürd terror qruplarına məxsus saytlarda isə əməliyyat başlayandan bu yana onlarla türk hərbçisinin öldürüldüyü və bir neçə nəfərin əsir düşdüyü aktiv şəkil paylaşılsa da, sonrada bu məlumatın […]

AKTUAL manset

SHXÇDX-nin Astara Rayon Şöbəsinin Rəisi Valeh Nəcəfov Arzu Rəhimovun Yerinə gəlir?-ARAŞDIRMA

Son günlər Azərbaycan mətbuatında SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov haqqında silsilə neqativ yazılar dərc olunmasına baxmayaraq bu adam qətiyyən ondan Arzu Rəhimova olunan şikayətlərə reaksiya vermiyərək öz qanun pozutuqlarını daha da inkişaf etdirir.   XəbərAl.az saytı xəbər verir ki, SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov öz şəxsi mənafeyini güdərək gənclərin bir qismini […]