İqtisadiyyat

Məzənnə dəyişmədi

Aprelin 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan XəbərAl.az-a verilən məlumata görə, sabah rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, aprelin 23-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Ölkə

Lökbatan, Bibiheybət və Bayıla müvəqqəti marşrut açıldı

Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlər üçün müvəqqəti marşrut xətti təşkil olunub. BNA-dan XəbərAl.az-a daxil olan məlumata görə, Lökbatan- Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti fəaliyyətə başlayıb. Bununla yanaşı, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət […]

İqtisadiyyat

“Bakcell”in dəstəyilə Frankofoniya həftələri

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan “Quoi? Où? Quand?” adlı konsert proqramının keçirilməsinə dəstək göstərib. Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib. Şirkətin mətbuat xidmətindən XəbərAl.az-a daxil olan məlumata görə, tədbirdə ADNSU-nun rektoru, professor […]

Siyasət

Nəsimi rayonunda Çernobıl əlilləri ilə görüş keçirilib – Foto

Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.  XəbərAl.az xəbər verir ki, stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürüyüb, həmçinin cənub […]

Araşdırma

İmişlidə maliyyə sistemi necə iflic duruma gətirilib… – İTTİHAM

Son bir neçə ayda Hesablama Palatasının ayrı-ayrı dövlət qurumları ilə bağlı hesabatlarına nəzər saldıqda ölkədə büdcə təşkilatlarına ayrılan maliyyəyə nəzarətin zəif olduğu qənaəti yaranır Əslində, nəzarət mexanizmi Maliyyə nazirliyi və onun yerli idarələri tərəfindən həyata keçirilməlidir. Lakin bu nəzarət mexanizmindən istifadə edilirmi? Nəticələr göstərir ki, yox. 2015-ci ildə Mədəniyyət və Turizm nazirliyindəki kollegiyanın nəticəsi olaraq […]

Siyasət

Türkiyədən ABŞ-ın qərarına sərt reaksiya

Xəbər verdiyimiz kimi, ABŞ daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını açıqlayıb. XəbərAl.az  “Posta”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Xarici İşlər naziri sərt açıqlama verib. O, bu qərarın regionda sülh və sabitliyə xidmət etməyəcəyini […]

manset

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırı

Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq “Formula-1 Azərbaycan Qran-Prisi” yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb. Şirkətdən XəbərAl.az-a verilən məlumata görə, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb […]

Dünya

Türkiyə konsulluğuna hücum edildi

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş konsulluğuna “Molotov kokteylləri” atılıb. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücumu yerli vaxtla 02:51-də həyata keçiriblər. Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini bildirib: “İki “Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar 3 gənc saxlanılıb. Lakin, onlarla bağlı […]

Bölgə

Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.

Astara rayon İcra Hakmiyyəti, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.   XəbərAl.az xəbər verirki, keçirilən tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, Astara rayon İcra Hakmiyyətinin İctimai – siyasi […]

Siyasət

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib. XəbərAl.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Zelenski, Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız […]