Siyasət

İlham Əliyev Zelenskini təbrik etdi

Sharing is caring!

Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

XəbərAl.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Zelenski, Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir