Sosial

Bakıda küçəyə Polad Həşimovun adı verildi, yeni park salınır – Fotolar

Xətai rayonunda yerləşən küçəyə Milli qəhrəman, general-mayor Polad Həşimovun adı verilib. “XəbərAl.az” İcra Hakimiyyətinə istinadən xəbər verir ki, artıq sözügedən küçədə yerləşən parkda yenidənqurma və abadlıq işləri davam edir. İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, küçə daha əvvəl Pavel Naximovun adını daşıyıb. XəbərAl.az

Sosial

Nazirlik “Azərsu”nu ittiham etdi

Bakının Səbail rayonu Bibiheybətdəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən […]

Sosial

Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu

Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib. “XəbərAl.az” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib. Qeyd edək ki, 1975-ci il təvəllüdlü M. Eynullayev müxtəlif illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, vergilər […]

Sosial

“Maska və sosial məsafə məcburidir”

“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək anlamına gəlməməlidir”. “XəbərAl.az” xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.  O bildirib ki, maska rejimi, sosial məsafə və digər gigiyenik qaydalar məcburidir: “Bu, bizim sağlamlığımız üçün zəruridir”.  XəbərAl.az

Sosial

Yaqut Qarayevadan Hindistan ştammı ilə bağlı açıqlama

“Artıq rəsmi olaraq elan olunub ki, Hindistanda koronavirusun yeni mutasiya olunmuş variantı yaranıb”. “XəbərAl.az” xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.  O bildirib ki, hələ ki, bu mutasiya olunmuş virusun ağırlaşdırıcı olub-olmaması məlum deyil: “Azərbaycanda Hindistan ştammı qeydə alınmayıb. Bu istiqamətdə mütəmadi testlər aparılır. Əgər qeydə alınarsa, dərhal ictimaiyyətə məlumat veriləcək”.  XəbərAl.az

Sosial

Bakı bulvarında yeni obyekt tikilir? – AÇIQLAMA

Sosial şəbəkələrdə bulvar ərazisində qoyulan dəmir arakəsmələrlə bağlı bir sıra məlumatlar yayılıb. Ərazidə hər hansı tikinti işlərinə hazırlıq aparıldığına dair iddialar irəli sürülür.  İddialarda bu ərazidə yeni iaşə obyektinin olacağı da səsləndirilir. Mövzu ilə əlaqədar açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva iddiaların əsassız olduğunu bildirib: “Sözügedən ərazidə heç bir tikinti […]

Sosial

Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın ölümü ilə bağlı nekroloq imzalayıb.  “XəbərAl.az” xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın […]

Sosial

Aslan Hüseynov dəfn olundu – Foto

Bu gün Bakı-Qazax avtomobil yolunda qəzaya düşərək dünyasını dəyişən Aslan Hüseynov Gəncə şəhərində dəfn olunub. “XəbərAl.az”  Report-a istinadən xəbər verir ki, mərhum İmamzadə qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə pandemiya səbəbindən Aslan Hüseynovun yalnız yaxınları iştirak ediblər. Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb. Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil […]

Sosial

Leyla Əliyeva Qızılağac Milli Parkında – Fotolar

Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib. “XəbərAl.az” xəbər verir ki, milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin […]

Sosial

Azad Rəhimovun dəfn ediləcəyi yer məlum oldu

Dünən vəfat edən gənclər və idman naziri Azad Rəhimov 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. “XəbərAl.az” Unikal-a istinadən xəbər verir ki, dəfndə məhrum nazirin ailə üzvləri ilə yanaşı, gənclər və idman nazirinin müavinləri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edəcək. Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə aldığı xəstaxanada […]