manset Siyasət

Erməni polkovnikdən şok: Əgər Azərbaycan hücuma keçsə…

Ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan erməni mətbuatına açıqlama verərək, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib. XəbərAl.az  xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan oğullarının şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib. […]

manset Siyasət

Üç ölkənin birgə hərbi təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Müdafiə Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan-Qətər münasibətlərinin inkişafında […]

manset Siyasət

Moldovanın Azərbaycandakı səfiri geri çağırıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib. XəbərAl.az  Moldova KİV-inə istinadən xəbər verir ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var. Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka Kişineuya qayıdacaq.

manset Siyasət

İranın nazir müavini Bakıya gəlir

İranın yol və şəhərsalma nazirinin müavini və dəmir yolu şirkətinin icra direktoru Səid Rəsuli bu gün Bakıya gələcək. Bu barədə XəbərAl.az-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Məlumata görə, İranlı rəsmi 6 nəfərlik heyətə başçılıq edəcək. Səfər çərçivəsində Azərbaycan və İran dəmiryol və nəqliyyat rəsmiləri ilə danışıqlar aparılacaq. 2 günlük səfər çərçivəsində Azərbaycan və İranın dəmir […]

manset Siyasət

Prezident daha bir deputatı icra başçısı təyin etdi

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib. XəbərAl.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər müvafiq qərarı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

manset Siyasət

“Milli Məclis fəaliyyətini dayandırdı, iclas keçirilməyəcək” – Rəsmi

“Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq”. XəbərAl.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq […]

manset Siyasət

İlham Əliyevlə Lavrovun görüşü Rumıniya mətbuatında – Foto

Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalı Azərtac-a istinadla Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş barədə yazıb. Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin inkişafı, iqtisadi, mədəni, siyasi və digər sahələrdə qazanılan uğurlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli görüşlərin səmərəliyi […]

manset Siyasət

Azərbaycan XİN-dən Paşinyana CAVAB

“Ermənistan baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir”. Bunu XəbərAl.az-a Azərbaycan XİN-in Mətbuat xidməti […]

manset Siyasət

Prezident Gündüz Kərimovu yeni vəzifəyə təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin.