manset Siyasət

Ermənistan atəşkəs rejimini 28 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Bu barədə Xəbəral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun […]

Siyasət

İlham Əliyevin pandemiya dövründə verdiyi tapşırıqlar xalqın rifahına xidmət edir

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə dövlət tərəfindən çox ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, dövlət və qeyri-dövlət sektorunda məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası […]

manset Siyasət

Tahir Kərimli: “Prezidentin rəhbərliyi ilə start verilən islahatlar uğurla başa çatacaq”

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də məlum oldu ki, Azərbaycan dünya ölkələri arasında ən yaxşı iqtisadi göstəricilərdən birinə malikdir”. Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Kərimli deyib ki, koronavirus pandemiyasının təsirinə baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda ümumdaxili məhsul 1,1 […]

manset Siyasət

Fəzail Ağamalı: “Prezident ölkədə sosial durumun yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayır”

“Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”. Bunu APA-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, Azərbaycanda həm qanunverici orqan, həm də hökumət yenilənib: “Azərbaycanın idarəçilik sistemində kifayət qədər təcrübə qazanan gənclərimiz hakimiyyətin yüksək pillələrinə gətirildi. Eyni zamanda Prezident Administrasiyasında və Nazirlər Kabinetində struktur islahatları aparıldı. Ölkə başçısı […]

manset Siyasət

Ekologiya və Təbii Sərvətlər nazirinə yeni müavin təyin edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir müavini təyinatı olub. XəbərAl.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə Vüqar Kərimov təyin edilib. ETSN-in Mətbuat xidməti məlumatı təsdiqləyib. Qeyd edək ki, V.Kərimov bu təyinata qədər ETSN-in Aparat rəhbəri vəzifəsində çalışıb.

manset Siyasət

İlham Əliyev AŞPA-nı sərt tənqid etdi

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular”. XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə […]

Siyasət

İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans formatında müşavirə keçirilib. 16:08 Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə […]

Siyasət

Mehriban Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edənlərə təşəkkür etdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür edib. Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” profilindən paylaşım edib. O, könüllü qan verənlərə səslənərək bunları yazıb: “Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən […]

Siyasət

Fəzail Ağamalı: Səlyan və Neftçalanın bu kəndlərində yeni məktəb tikilməlidir-Təklif

Milli Məclisin bu gün keçirilən plenar yıgıcagına çıxarılan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatilə bağlı rəy və təkliflərimi lakonik şəkildə MM-sədri xanım Sahibə Qaforovaya ünvanladım: Hörmətli Sahibə xanım.Müzakirəyə təqdim olunan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatını tam dəstəkləyirəm və hesab edirəm ki, mükəmməl hazırlanmış hesabat möhtərəm,cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin […]

Siyasət

Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabatla təqdim edəcək

Baş Nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim edəcək. Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Milli Məclisin […]