Siyasət

Ceyhun Bayramov İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

  Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib. XİN-dən XəbərAl.Az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə […]

Siyasət

İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz […]

Siyasət

Prezidentin köməkçisi cəbhəboyu zonada olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi […]

Siyasət

İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair […]

Siyasət

Vitse-spiker: “Dünyanın Türkün gücünü bir daha görməsinin vaxtı çatıb”

“İkili standart prinsipini tez-tez eşidirik, əslində isə məsələnin mahiyyəti odur ki, mövqe heç vaxtı dəqiq olmur. Belə demək mümkündürsə, hər iki tərəflə uzlaşmağa getməyin əsas simvoludur”. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu parlament sədrinin müavini Adil Əliyev deyib. O bildirib ki, bu gün ölkəmiz ikili standart mövqeyindən tam kənardadır və […]

Siyasət

İlham Əliyev Bakıda 251 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. […]

Siyasət

“Cənab prezident Yunanıstana, Ermənistana və onları müdafiə edənlərə ciddi mesaj verdi” — Partiya sədri

“Ölkə Prezidentinin Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən söyləmiş olduğu fikirlər olduqca qətiyyətli, siyasi tutumuna görə analoqu olmayan cəsarətin nümunəsidir”. Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Partiya sədri hesab edir ki, İlham Əliyevin səfirə və onun vasitəsilə həmin ölkəyə konkret və arqumentli fikirlər bildirməsi Yunanıstana, […]

Siyasət

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi – FƏRMAN

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Əsasnamənin beşinci maddəsi yeni redaksiyada verilib. Fərmana əsasən, nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Bu vaxta qədər isə nazirliyin saxlanılması xərcləri Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi. Fərmanla Əsasnaməyə […]