Siyasət

“Avroparlament neokolonizmi himayə edən yeganə parlamentar təsisatdır” – RƏY + FOTO

“Avroparlament neokolonizmi himayə edən yeganə parlamentar təsisatdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı, qəbul etdiyi qətnamə heç bir təsir gücünə və hüquqi əhəmiyyətə malik deyil, yalnız təsisatın özünün əsl mahiyyətini ifşa edir. Onun sözlərinə görə, təsis sənədinə əsasən, xalqların demokratik siyasi iradəsini təmsil etməli […]

Siyasət

Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır. Oxu.Az xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək. Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir. Xeberal.az

Siyasət

COP29-un prezidenti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında çıxış edib – FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında (UNEA-6) çıxış edib. Bu barədə COP29-un “X” sosial şəbəkəsində məlumat verilib. “COP29-un prezidenti Muxtar Babayev və komandası Nayrobidə keçirilən UNEA-6-da 179 ölkədən olan yüksək çinli qonaqlara qatılıb. Muxtar Babayev bəyanatında […]

Siyasət

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb – FOTO

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya […]

Siyasət

Ceyhun Bayramov və Ararat Mirzoyan nəyi müzakirə ediblər? – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Ceyhun Bayramov və Ararat Mirzoyan nəyi müzakirə ediblər? Bir tərəfdən Avropa İttifaqının missiyası şərti sərhədə gəldi. Digər tərəfdən “Akıncı” hücum PUA-larımız havaya qalxdılar. Ermənistan Rusiya ilə diplomatik əlaqələri kəsir? Paşinyandan Putinə qarşı gözlənilməz addım. Yevlaxda sabiq rəisin qanunsuz əməlləri ifşa olundu. Səfərbərlik Xidmətinin isə 136 əməkdaşı saxlanıldı. Yasamaldakı “ətçilər” […]

Siyasət

Fransanın gözündə qalacaq savaş arzusu: Azərbaycan müharibə istəmir – ŞƏRH + FOTO

Azərbaycanla Ermənistan arasında qarışıqlıq salmaq üçün yenə qaşıq bulayırlar. Son illərin təcrübəsi sübut edir ki, tərəflər arasında danışıqlar başlayanda, yaxud normallaşma prosesi ilə bağlı addım atmağa cəhd göstəriləndə Azərbaycana qarşı təhrikedici təxribat törədilir. Bu il fevralın 12-də iki ölkə arasındakı şərti sərhəddə Ermənistan təxribat törədib. Rəsmi İrəvan, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı (Aİ), Rusiya Xarici […]

Siyasət

İsrail Dövlətinin Baş naziri İlham Əliyevi təbrik edib

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl […]

Siyasət

Ceyhun Bayramov Türkiyəyə gedib

29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. […]

Siyasət

“Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcək” – RƏY + FOTO

Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcəyini deyib. Deputat “Report”a açıqlamasında bildirib ki, son günlər Qərb mediasında, xüsusilə Fransa ilə yanaşı, Ermənistan KİV-də Azərbaycana qarşı təxribat xarakterli məlumatların sayı kəskin artıb. Onun sözlərinə görə, biz bütün bu təxribatların və Azərbaycana qarşı aparılan kampaniyanın bir mərkəzdən idarə edildiyinin […]

Siyasət

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnaməyə münasibət bildirib. O, bununla bağlı yerli mətbuatın sualına cavab olaraq danışıb. “Ölkəmizə qarşı müddəaların əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” qətiyyətlə […]