Ölkə

Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Teplovozla qaytarıldı

Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib. XəbərAl.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Bölgə Ölkə

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl bayramı ilə əlaqədar olaraq “ASAN Məktub” layihəsinin növbəti təşəbbüsündə iştirak edib. XeberAl.az xəbər verir ki, “ASAN Məktub” layihəsi bu dəfə Bakcell şirkətinin və “Personaj Agency”nin tərəfdaşlığı ilə leykemiyadan əziyyət çəkən 20 uşağı sevindirib. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya […]

Hadisə Ölkə

İki azyaşlı övlad anası intihar etdi…BAKIDA

Bu gün Xəzər dənizi sahilində intihar edən şəxsin kimliyi məlum olub.  XəbərAl.az-ın  verdiyi xəbərə görə, Cəlilabad rayon sakini, 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızı özünü dənizə atıb. Həmin zaman o ərazidə bulvarda gəzən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu qadını xilas etmək üçün özünü suya atıb. Lakin o, qadını xilas edə […]

Ölkə Tədbirlər

“Loqos” da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

XəbərAl.az xəbər verir ki, “Loqos” un təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə “Loqos” un rəhbəri Təranə Məmmədova, media nümayəndələri və işçi kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən “Loqos” un rəhbəri Təranə Məmmədova son illər Azərbaycanda əldə edilmiş uğurlardan bəhs edib, 2018-ci ildə «Loqos” un qarşısında duran bütün vəzifələrin yerinə […]

Kriminal Ölkə

Tacir həbs olunan Fədayə haqqında: “Eybi yox, 5 il də bir şey deyil”

Tacir Şahmaloğlu ötən gün Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzasına narazılığını bildirib. XəbərAl.az  xəbər verir ki, T.Şahmaloğlu məhkəmə qərarının onun üçün gözlənilməz olduğunu, keçmiş duet ortağının cəzasını ağır hesab etdiyini qeyd edib. Tacir apelyasiya şikayəti verəcəkləri təqdirdə Fədayənin cəzasının xeyli yüngülləşdiriləcəyinə ümid etdiyini də sözlərinə əlavə edib: […]

Ölkə Siyasət

Nazirləri görmək istəyirsiz? – Gələn ilin ilk görüş tarixi

  Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. XəbərAl.az xəbər verir ki, onlar qrafikə uyğun olaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcəklər. Hər bir nazirlə görüş mövzusu onların rəhbərlik etdikləri sahəyə uyğun olmalıdır.   Mərkəzi icra hakimiyyəti orqanı Qəbul günü Qəbulun keçirildiyi şəhər Əhatə olunan şəhər və rayonlar Fikrət Məmmədov Ədliyyə […]

Ölkə

ŞOK ETİRAF: Ərinə gözəllik salonundayam deyib, başqa kişi ilə OTELE GETDİ

Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı açıqlama olub.  XəbərAl.az   xəbər verir ki, verilişdə ekpert kimi çıxış edən Şəfiqə Nağıyeva xəyanət hadisəsindən danışıb. O bildirib ki, bəzi qadınlar ərlərinə xəyanət edir: “O günü getmişəm saçımı düzəltdirməyə. Gördüm bir xanım zəng edib ərinə deyir ki, aşkım mən ustanın yanındayam. Sonra başqa kişiyə zəng edir deyir ki, […]

Ölkə

Prezident bu şəxsləri təltif etdi — SİYAHI

Prezident İlham Əliyev “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Bakı şəhəri ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Şöhrət” ordeni ilə  Sadıxov Ruslan Oqtay oğlu “Tərəqqi” medalı […]

Hadisə Ölkə

Nazir müavini qəzaya düşdü….AZƏRBAYCANDA

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşüb. XəbərAl.az  bakupost.az-a istinadən xəbər verir ki, İ.Babayev mərkəzin qarşısında “BMW” markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən “Nissan Tida” markalı avtomobil “BMW”nin qapısına çırpılıb. Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib.

manset Ölkə

Prezident Polis Akademiyasının yeni binasının açılışında – Fotolar

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib. İlham Əliyev ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub. Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən […]