Ölkə

Azərbaycanda tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. XəbərAl.az xəbər verir ki, tətil mayın 16-dək davam edəcək. Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may […]

Ölkə

Bu gündən ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. XəbərAl.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib. Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, […]

Ölkə

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

Azərbaycan prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq. “XəbərAl.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun tətbiqi və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan […]

Ölkə

Sabah hava buludlu olacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. […]

Ölkə

Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür. “XəbərAl.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 7-də imsak saat 03:55-də, iftar isə saat 19:57-dədir. 24-cü günün duası: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”. Tərcüməsi: “İlahi, bu aydan Səndən […]

Ölkə

Bayram tətilində heç bir məhdudiyyət olmayacaq – Rəsmi

“Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”. “XəbərAl.az” xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib. O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”. Qeyd edək ki, Ramazan bayramı günlərində ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin qərarı ilə 9 may […]

Ölkə

Sabaha 19 dərəcə isti və yağış gözlənilir

Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 16-19, Bakıda […]

Ölkə

8 və 16 may tarixlərində avtobuslar fəaliyyət göstərəcək? — RƏSMİ CAVAB

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.  BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.  Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.  XəbərAl.az