Dünya Manşetüstü

Türkiyə silkələndi

Türkiyənin Van şəhərində yeraltı təkanlar qeydə alınıb. XeberAl.az xəbər verir ki, episentri Çaldıran əyalətində yerləşən zəlzələ 3,3 bal gücündə olub. Kandilli Rəsədxanasından verilən məlumata görə, zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.

Kriminal Manşetüstü

Kriminal avtoritet Gəncinski – MƏHKƏMƏDƏ

Bu gün Minsk məhkəməsində dövlət ittihamçısı Rəşad Gəncinski kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova cəza istəyəcək. “Sputnik Belarus” xəbər verir ki, ümumilikdə hakim qarşısına üç müttəhim çıxacaq. Onlardan ikisi azərbaycanlı, biri isə belarusludur. Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar. Hadisə 2018-ci il noyabrın 20-də […]

Hadisə Manşetüstü

DƏHŞƏTLİ OLAY: Baba 1 aylıq nəvəsinin həyatına SON qoydu

Çinin Pekin şəhərində bədbəxt hadisə yaşanıb. Belə ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub. XeberAl.az xəbər verir ki, bu barədə “AsiaOne” portalı yazıb. Qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib […]

Kriminal Manşetüstü

Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT

Bakıda bıçaqlanma hadisəsi baş verib. XeberAl.az  xəbər verir ki, dünən saat 11-40-da Yasamal rayonu Azərbaycan prospektində 1990-cı il təvəllüdlü Samir Vəlixanov tanışı tərəfindən bıçaqlanıb. İnsanların gözü qarşısında, küçənin ortasında bıçaqlanan gənc Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onu bıçaqlayan 1992-ci il təvəllüdlü Fərid Budaqov tutularaq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Manşetüstü Şou-Biznes

Rəqsanə sinəsini yenə çöldə qoydu – “Yaşından ayıbdı”

Müğənni Rəqsanə İsmayılovanın yeni görüntüsü yayılıb. O, İnstagramda yeni fotosunu paylaşaraq “Bütün çətinlikləri təkbaşına aşa bilən insanların yanındakı çoxluğa nə gərək var?” şərhini yazıb. İfaçı sinə dekolteli əlbisəsi ilə diqqət çəkib. Şəbəkə istifadəçiləri ifaçı haqda “Yaşından ayıbdı, dörd uşaq anasısan”, “Elə bildim pərdəyə bürünüb” və s. kimi şərhlər yazıblar.

Hadisə Manşetüstü

Türkiyədə azərbaycanlıların olduğu avtobus aşdı

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib. XeberAl.az-ın məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb. Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova. Hadisə yerinə cəlb olunan təcili yardım briqadası […]

Hadisə Manşetüstü

Bakıda Türkiyə vətəndaşı qarət olundu

Bakıda Türkiyə vətəndaşı qarət olunub. XeberAl.az-ın  məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Ezel Rəna Yusif qızı polisə müraciət edərək bildirib ki həmin ünvanda onun 150 manatını və bank kartlarını oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Xəzərdə 4 nəfərin meyiti aşkarlandı

Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib. XeberAl.az-ın məlumatına görə, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib. Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-i qadın, 2-i isə azyaşlıdır. Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.

Araşdırma Manşetüstü

Onkoloji xəstələri müəyyən edən metod hazırlandı – Azərbaycanda

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb. AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm […]