İdman Manşetüstü

“Düdelanj” – “Qarabağ” matçına ən ucuz bilet 75 avro olacaq

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq “Düdelanj”ı qrup mərhələsinin oyunları üçün satacağı biletlərə yüksək qiymətlər qoyub. XəbərAl.az “5minutes” nəşrinə istinadən xəbər verir ki, biletlər hər üç oyuna abunə olan şəxslərə satılacaq. Qiymətlər platformaya görə 75 avro ilə 150 avro arasında dəyişəcək. Fərdi bilet əvvəlcədən satışa çıxarılmayacaq. Bunlar, sadəcə bütün abunələr satılmadıqda matç günlərində azarkeşlərə təqdim […]

Manşetüstü Sosial

Azərbaycanda ailə münaqişələri nəticəsində 42 qadın öldürülüb – Ötən il

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib. Trend-in məlumatına görə, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub. Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə […]

Kriminal Manşetüstü

Oğul anasını boğdu, sonra meyitini yandırdı – Nardaranda

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. XəbərAl.az xəbər verir ki, onun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu dəhşətli qətllə bağlı məhkəmə prosesi başlanacaq. İttihama görə, hadisə bu ilin mayın […]

Dünya Manşetüstü

MOSSAD-ı 17 il yuxuya aparan – Məşhur ərəb

Rafaat Əli Süleyman əl-Camal ərəb dünyasının qəhrəmanı sayılan kəşfiyyatçıdır. Qeyri-rəsmi məlumatlara görə, o, 17 il İsraildə məxfi kəşfiyyat fəaliyyəti göstərib və MOSSAD-ın planlarını Qahirəyə çatdırıb. XəbərAl.az bu müəmmalı casusla bağlı yazını təqdim edir. Rafaat Əli Süleyman əl-Camal 1927-ci ilin iyulun 1-də Misirin Dumyat bölgəsində doğulub. Özəl məktəbdə ingilis və fransız dillərini səlis öyrənib. Uşaq yaşlarında […]

İqtisadiyyat Manşetüstü

Dolların məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı 5 sentyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan XəbərAl.az-a verilən məlumata görə, sentyabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,8747 manat təşkil edir. 1 türk lirəsi 0,3002 manat, 1 rus rublu 0,0257 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5741 manatdır.

İdman Manşetüstü

Messiyə əskidən düzəldilmiş top hədiyyə olunub

Argentina millisinin futbolçusu Lionel Messi Amerika Kubokunun yekunlarına əsasən, Roma Papası Fransis Fondunun mükafatına layiq görülüb. XəbərAl.az xəbər verir ki, 32 yaşlı hücumçu 191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuda səslərin 34,28 faizini toplayıb. O, Peru yığmasının futbolçuları – Edison Floreslə (15,56 faiz) Pedro Qalyeseni (11,28 faiz), eləcə də Braziliya millisinin kapitanı Dani […]

Dünya Manşetüstü

Tarixin ən böyük fəlakəti ABŞ-a doğru irəliləyir – Nazir ölümdən qurtardı

Atlantik okeanın şərqindəki ölkələr tarixin ən böyük fəlakətlərindən biri ilə üz-üzədir. XəbərAl.az xəbər verir ki, Atlantik okeanından irəliləyən və Baham adalarını vuran “Dorian” qasırğası 5 nəfərin ölümü və 21 nəfərin yaralanmasına səbəb olub. Məlumata görə, saatda 360 kilometr sürətlə irəliləyən qasırğa bu günə qədər qeydə alınmış ən güclü qasırğa hesab olunur. Baham adalarının kənd təsərrüfatı […]

İdman Manşetüstü

Uels yığmasının futbolçusu: “Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”

“Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”. XəbərAl.az “County Press” portalına istinadən xəbər verir ki, bunları Uels yığmasının futbolçusu Kris Mefam sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı evdə keçirəcəkləri oyun haqda danışarkən deyib. İngiltərənin “Bornmut” klubunda çıxış edən 21 yaşlı müdafiəçi erkən qol vurmağın onlar üçün önəmli olduğunu bildirib: “Cümə günü qalib […]

Hadisə Manşetüstü

Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb. Nazirlikdən XəbərAl.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, […]