İdman Manşetüstü

“Zirə”nin baş məşqçisi: “Bir neçə futbolçu ilə razılıq əldə olunub”

“Sevindirici haldır ki, məşqlərin bərpasına icazə verilib. Amma 3 ayadək fasilədən sonra çətinliklərimiz olacaq, əsasən də zədələr qaçılmazdır”. Bu fikirləri Xəbəral.az-a açıqlamasında “Zirə” komandasının baş məşqçisi Zaur Həşimov deyib. 39 yaşlı mütəxəssis bildirib ki, AFFA-dan məşqlərin startı üçün xəbər gələcəyi andan hazırlıqlara başlayacaqlar. Həşimov digər ölkələr kimi, Azərbaycanda da çempionatın bərpasına qərar verilməsinin təqdirəlayiq addım […]

Manşetüstü Şou-Biznes

“Ərimin xasiyyəti çox ağırdır” – Brillinat Dadaşova

Xalq artisti Brilliant Dadaşova toy görüntülərini yayıb. Müğənni həyat yoldaşı Ədalət Hacıyevlə 30 may 1988-ci il tarixində evləndiklərin diqqətə çatdırıb: “Bu gün evliliyimizin 32-ci ili tamam olur. Hamı elə bilir ki, bu illər ərzində Ədalət mənim kaprizlərimə dözüb. Amma bizi yaxından tanıyanlar yaxşı bilirlər ki, əksinə onun xasiyyəti daha çətindir. Dostlarımızla bölüşmək istədim. Burada kimlər […]

İdman Manşetüstü

Tanınmış futbolçu həbs oluna bilər

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur. Xəbəral.az  EFE agentliyinə istinadən xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib. Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib. Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar […]

İdman Manşetüstü

KİV: Ronaldu “Yuventus”u tərk etməyə yaxındır

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubundan ayrıla bilər. Xəbəral.az-ın  məlumatına görə, bunu italiyalı jurnalist Pyetro Baltsano Prota iddia edib. O, 35 yaşlı hücumçunun cari mövsümün sonunda Turin təmsilçisini tərk etməyə yaxın olduğunu bildirib. Tərəflərin mümkün ayrılma səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 117 min avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a […]

Cəmiyyət Manşetüstü

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Abunəçilərin iri həcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti cəmi 30 manata yeni 50 GB İnternet paketini təqdim edir. Bu təklif sayəsində Bakcell öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media […]

Manşetüstü Mədəniyyət

Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub

Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli Xalça Muzeyinə onlayn tur təşkil olunub. Xəbəral.az  xəbər verir ki, tur Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın “Azərbaycan muzeylərinə virtual səyahət” layihəsi çərçivəsində baş tutub. Onlayn tur zamanı keçirilən seminara Skandinaviya ölkələrində, o cümlədən, Finlandiyada yaşayan azərbaycanlılar, Almaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan və […]

İdman Manşetüstü

Dünya çempionu parkda spirtli içki qəbul etdiyi üçün saxlanıldı

Cənubi Afrikanın uzununa tullanma üzrə dünya çempionu Luvo Manyonqa saxlanılıb. Xəbəral.az BBC-yə istinadən xəbər verir ki, 29 yaşlı atlet ölkəsinin Kayamandi qəsəbəsində özünü təcrid qaydalarını pozduğu üçün tutulub. O, parkda spirtli içki qəbul edib. 29 yaşlı idmançı iyunun 29-da məhkəməyə getməli və ya könüllü olaraq 2500 rand (təxminən 143 ABŞ dolları) ödəməlidir. Qeyd edək ki, Luvo Manyonqanın 2012-ci […]

İdman Manşetüstü

Premyer Liqada 6 nəfər koronavirusa yoluxdu

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların futbolçuları və işçilərindən götürülən koronavirus testlərinin cavabları açıqlanıb. Xəbəral.az xəbər verir ki, 6 və 17 may tarixlərində aparılan 748 testdən sonra 6 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Testləri müsbət çıxan şəxslərin adı açıqlanmasa da, onların 3 klubun üzvləri olduğu bildirilir.

İqtisadiyyat Manşetüstü

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 2,14% azalıb. Xəbəral.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 30,66 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]

İdman Manşetüstü

Koronavirus dövrünün idman prinsipləri ilə ilk çempionu müəyyənləşdi

Futbol üzrə Nikaraqua klausurasına yekun vurulub. Xəbəral.az-ın  məlumatına görə, çempion adını “Real Esteli” qazanıb. Bu komanda finalda “Manaqua”nı iki oyunun yekununda üstələyib – 1:1, 3:1. Beləliklə, “Real Esteli” koronavirus pandemiyası dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. Bu, klub tarixində 15-ci çempionluqdur. Qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər ölkələrin çempionatları dayandırılıb.