Mədəniyyət

Rejissor: “Rəhbəri ildırım sürəti ilə seçməliyik”

“Kinomuzun problemləri çoxdur, həll etməliyik”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov AKİ və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib. O qeyd edib ki, bu gün gerçək iş birliyi ortaya qoyulub: “Birlik reallıqdır. Bu gün bayramdır. Rəhbəri ildırım sürəti ilə seçməliyik. Kinomuzun problemləri çoxdur. Onu həll etməliyik. Bir […]

Mədəniyyət

Kinematoqrafçılar konfransı keçirirlər

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir. Oxu.Az xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər.  Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir. Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. […]

Mədəniyyət

Süleyman Ələsgərovun ailəsi Prezidentə təşəkkür etdi

Azərbaycanın bəstəkarı, tanınmış dirijor və pedaqoqu, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Oxu.Az xəbər verir ki, bununla bağlı “Instagram” sosial şəbəkəsində məlumat paylaşılıb. Xatırladaq ki, Prezident İlham Əliyev 22 fevral 2024-cü ildə Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Ailə üzvləri […]

Mədəniyyət

Ofisiantlıqdan məşhurluğa yüksələn, ölüm ayağında tək qalan İbrahim Erkal – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışı Türkiyənin tanınmış müğənnisi İbrahim Erkala həsr olunub. İbrahim Erkal 10 oktyabr 1967-ci ildə Ərzurumda Əbubəkir Erkal və Xədicə xanımın ailəsində anadan olub. O, məktəb illərindən bağlama, mandolina və fleyta çalaraq musiqini öyrənməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra Ankarada solfecio və not dərsləri […]

Mədəniyyət

Ən dadlı yeməklər hansı qazanda bişir? – VİDEO

Masallı rayonu, Boradigah qəsəbə sakini Taleh Ağayev 40 ildir ki, misgərlik və qalayçılıq sənəti ilə məşğuldur. Misgər ailəsində böyüyən Taleh kişi qeyd edir ki, keçmişdə misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tuturdu. “Əvvəllər gəlin köçən qızlara cehiz olaraq mis qablar verilirdi”, – deyə T.Ağayev qeyd edib. Onun sözlərinə görə, […]

Mədəniyyət

Cavanşir Quliyev: “Şikəst qalmaq ehtimalım var idi” – VİDEO

“Məndə nadir görünən bir şey oldu. Dövlətim məni yenidən həyata gətirdi. Şikəst qalma təhlükəsi var idi”. Bunu “AzTV”yə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib. O bildirib ki, indi yalnız müəlicə olmağı qalıb: “Məndə heç bir qalıcı fəsad olmadı. Bu, məni çox sevindirdi”, – deyə bəstəkar bildirib. Ətraflı videomaterialda: Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət […]

Mədəniyyət

Aktrisa Oksana Rəsulova Hacı Zeynalabdin Tağıyevin filmində – FOTO/VİDEO

Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb. Oxu.Az xəbər verir ki, bu barədə aktrisa “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib: “Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin uzunmüddətli çəkilişləri bitdi. Bu filmdə […]

Mədəniyyət

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarılıb

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub. Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Məhəmməd Eldar oğlu Seyidova həvalə edilib. Xeberal.az

Mədəniyyət

ICESCO yaxın aylarda Azərbaycana yeni missiya göndərəcək

ICESCO yaxın aylarda Azərbaycanın azad edilən ərazilərinə yeni missiya göndərəcək. Bu barədə “Report”a Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov məlumat verib. Diplomat xatırladıb ki, ICESCO azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət ilk missiyanı 2022-ci ildə göndərib: “Müharibə vaxtında azad olunmuş ərazilərdə yerləşən […]