Kriminal Manşetüstü

Azərbaycanda kişi yataqda həyat yoldaşını öldürdü — Çay vermədiyinə görə

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə davam edir. XəbərAl.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 29-na təyin olunub. Qeyd edək ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı […]

Kriminal Manşetüstü

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, […]

Kriminal Manşetüstü

Parkda sevgilisini öldürən qadının — MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. XəbərAl.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 28-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, […]

Kriminal Manşetüstü

Bakıda ŞOK HADİSƏ – avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi

Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi […]

Kriminal manset

Azərbaycanda narkotikə görə həbs olunanların – Sayı

2019-cu ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, […]

Kriminal manset

Məmuru intim görüntüləri ilə şantaj etdilər – Azərbaycanda

Hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. XeberAl.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 21-nə təyin edilib. Xatırladaq ki, […]

Kriminal manset

DİN və Paş Prokurorluqdan Şəmkirdəki dəhşətli hadisə ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Şəmkir rayonunda törədilmiş dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb. XeberAl.az-a daxil olan birgə məlumatda deyilir: Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Belə ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş […]

Kriminal manset

İtkin düşmüş bacı-qardaşı aparan qadın tutuldu

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri […]

Kriminal Manşetüstü

Özlərini vəzifəli şəxs kimi təqdim edən ər-arvadın işi – Məhkəmədə

Azərbaycanda dələduzluqda ittiham olunan Balağa Əlbəşirov və onun həyat yoldaşı Heyran Əlbəşirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. XeberAl.az  xəbər verir ki, hər iki şəxsin barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib. Qeyd edək ki, özünü […]

Kriminal manset

Məhkəmə 5 nəfərin ölümündə təqsirli bilinənə bəraət verdi – Hökm

Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. XeberAl.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Buna görə də Heydər Quliyev barəsində bəraət hökmü çıxarılıb. Qeyd edək […]