Hadisə manset

FHN intihar edən şəxsi xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bu barədə XəbərAl.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, […]

Hadisə manset

Rafael Cəbrayılov prokurorluğa çağırıldı

Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb. XəbərAl.az Yenisabah.az-a istinadən xəbr verir ki, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, R.Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyə edilib. R.Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva […]

Hadisə manset

Paşinyan Putinə “Qarabağa sülh”ü verdi – Video

Ermənistan Baş naziri Nikol Paşinyan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinə Vladimir Kazimirovun “Qarabağa sülh” kitabını hədiyyə edib. XəbərAl.az xəbər verir ki, bu məlumatı “News.am” saytı yayıb. O, kitabı Putinə MDB dövlət başçılarının iclasından dərhal sonra verib. Qeyd edək ki, Kazimirov 1992-1996-cı illər Minsk Qrupunun rusiyalı həmsədri olub. O, həm fəaliyyəti zamanı, həm də vəzifəsindən istefaya […]

Hadisə manset

Ziya Məmmədovun ən yaxın kadrının adı 300 minlik qalmaqalda: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi arvadını məhkəməyə verdi

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Hüseyn Salamov bu yaxınlarda boşandığı keçmiş arvadı ilə məhkəməlik olub.  XəbərAl.az  xəbər verir ki, Hüseyn Salamov 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilib. 2016-cı ilin sentyabrında  cəzasını məntəqə tipli […]

Hadisə manset

Kiyevdə öldürülən azərbaycanlı tələbə Bakıda magistr təhsili alırmış

“Kiyevdə qətlə yetirilən tələbə Cavid Hacıyev İqtisad Universitetinin tələbəsidir. Bizim universitetdə magistr təhsili alırdı. Bizə onun hansı şəraitdə dünyasını dəyişdiyi bəlli deyil”. Bu fikirləri XəbərAl.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov tələbənin ölümü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qətlə yetirilən tələbə nümunəvi gənc olub: “Cavid Hacıyev […]

Hadisə manset

Qadını döyüb, ata bağlayıb sürüdülər – Dəhşət

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Report-un məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlıarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və […]

Hadisə manset

Bakıda ağır qəza: ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAz” markalı yük avtomobili toqquşub. Nazirlikdən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun […]

Hadisə manset

Qubada dəhşətli hadisə – 18 yaşlı oğlan öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. XəbərAl.az xəbər verir ki, Yerfi kənd sakini, 2001-ci il təvəllüdlü Babayev Cabir Barat oğlu mal-qara otararkən elektrik xəttinə toxunub. Nəticədə C.Babayevi cərəyan vurub, o, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, noyabrın 2-də Cabirin 18 yaşı tamam olacaqdı.

Hadisə manset

Putin Ağabəy Əsgərovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun “Puşkin” medalı ilə təltif olunması haqqında Fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.