Hadisə

Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, Sabirabad rayonunun Çöl Beş Dəli kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Habil Seyfulla oğlu ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Tut ağacından yıxılıb öldü

Gəncə sakini faciəvi şəkildə dünyasını dəyişib.  XəbərAl.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 50 yaşlı Xıdır Rzayev ağacdan tut yığan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə

“Zagulba Mall”da yananların sayı artıb – Yenilənib + Fotolar

Bakının Buzovna qəsəbəsində yerləşən “Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib. XəbərAl.az  FHN-ə istinadən xəbər verir ki, binada olan insanlar təxliyyə olunub. Hazırda açıq alov olmasa da, tüstülənmə davam edir. Hadisə yerində yanğınsöndürmə briqadası işləyir. *** “Report”un məlumatına görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 […]

Hadisə

Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı…AZƏRBAYCANDA

Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində  hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 15-nə təyin olunub. İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül […]

Hadisə

Bakıda gənc qız özünü 10-cu mərtəbədən atmaq istədi

Bakının Xətai rayonunda gənc qız özünü binadan atmaq istəyib. XəbərAl.az Baku.Ws-ə istinadən xəbər verir ki, saat 14:30-da Şıxlınski 29-42 anvanında yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən gənc qız intihar etmək istəyib. Bu barədə Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub. Gənc […]

Hadisə

“German” hospitalda yeni doğulmuş uşaq müəmmalı şəkildə ölüb.

“German” hospitalda yeni doğulmuş uşaq müəmmalı şəkildə ölüb. Uşağın əmisi Asim Xudaverdiyev XəbərAl.az-a bildirib ki, 3 gün əvvəl qeysəriyyə yolu ilə qardaşı oğlu dünyaya gəlib. Əmi uşağının ölümündə Arzu adlı həkim-ginekoloqu günahkar bilir: “Uşaq Arzu adlı həkimin səhlənkarlığından ölüb. Bu gün xəstəxanadan çıxartmalı idim. Səhər zəng etdilər ki, uşaq keçinib. Ölümün səbəbini demirlər. Hazırda prokurorluq əməkdaşları klinikaya […]

Hadisə

“Formula 1”də ilk qəza – Rassellin bolidi “lyuk”a düşdü….VİDEO….FOTOLAR

Bakıda keçirilən “Formula 1”sərbəst yürüşündə maraqlı hadisə baş verib.  XəbərAl.az xəbər verirki,  xəbər verir ki, yolda olan  “lyuk” açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin təkərinin biri ora düşüb. Daha sonra avtomobil evakuator vasitəsilə ərazidən aparılıb. Buna görə Qran-Prinin birinci sərbəst yürüşü ləğv olunub. Hadisə yerinə mütəxəsislər cəlb olunub.      

Hadisə

İntihar edən üç uşaq anasının məktubu tapıldı: Tənhalıqdan yorulmuşam…

Aprelin 24-də meyiti dalğıclar tərəfindən Akkuşa çayından tapılmış, 35 yaşlı Salyan rayon sakini Dadaşova Aysel Vaqif qızının qaldığı evdə ölümündən qabaq yazdığı məktubu tapılıb. XəbərAl.az  xəbər verir ki, bu barədə Oxu.Az-a Salyan rayon Prokurorluğundan məlumat verilib. Bundan əvvəl Dadaşovanın kənd məktəbində müəllim işlədiyi xəbər verilirdi. Cümə axşamı isə qadının kənd məktəbində texniki işçi kimi çalışdığı […]

Hadisə

Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb

Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb. XəbərAl.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə

Salyanda 35 yaşlı müəllimə özünü çaya atdı – Axtarılır

Salyanda bir nəfər çayda batıb. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. *** Virtualaz.org-un məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova […]