Dünya

“Fransa prezidentinin özünə də söylədim, sən bu işdə yenisən, cavansan”

“Erməni məsələsi və terrorla mücadilə üzərindən Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə qalxanların hamısının keçmişinin qanlı olduğunu görürük. Arxiv materialları sona qədər açıldı və soyqırımların, qətliamların, işgəncələrin heç birisinin bizə aid olmadığı sübuta yetirildi”. XəbərAl.az -ın  Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində “Arxivlərimizin inkişafı, […]

Dünya

Türkiyə konsulluğuna hücum edildi

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş konsulluğuna “Molotov kokteylləri” atılıb. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücumu yerli vaxtla 02:51-də həyata keçiriblər. Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini bildirib: “İki “Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar 3 gənc saxlanılıb. Lakin, onlarla bağlı […]

Dünya Siyasət

Kılıçdaroğluna hücum edənlər kimlərdir?

Ankarada şəhid cənazəsində yumruqlanan CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərin kimliyi bəlli olub. XəbərAl.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis artıq 6 nəfərin şəxsiyyətini müəyyən edib. Hazırda onların tutulması istiqamətində iş aparılır. Ankara Baş Prokurorluğu insidentlə bağlı “terror və təşkilatlanmış hücum” adı altında istintaqa başlayıb.   Çubuk əyalətində yaşayan kəndlilər isə hücum edənlərin Akkuzulu olmadıqlarını […]

Dünya

Türkiyə şəhidlərin intiqamını aldı – 20 PKK-çı …

Türkiyə-İraq sərhədində terrorçular əleyhinə əməliyyatda şəhid olan 4 əsgərlə Hakkaridə vida mərasimi keçirilib. XəbərAl.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərasim zamanı şəhidlərin qanının yerdə qalmadığı və əks-hücumla 20 nəfər PKK terrorçusunun məhv edildiyi bildirilib.   Qeyd edək ki, şəhidlərin cənazələri doğulduqları İğdır, Giresun, Kırıkkale və Ankaraya yola salınıb.  

Dünya Siyasət

İmamoğlu Ərdoğanla görüş haqqında – “Mənim üçün şərəfdir”

İstanbulun Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu partiyalararası gərginliyi azaltmaq üçün ilk addımını atıb. XəbərAl.az xəbər verir ki, o, Ərdoğanın Tvitterdə paylaşdığı iki statusu bəyənib və bu addımını belə izah edib: “Kaş ki dəmir heç qızmayaydı. Təbii ki, soyusun. Sülh və hüzur olsun. Bu ölkədə sülhü və hüzuru dəstəkləyən hər açıqlama bizim üçün qazancdır”.     İmamoğlu […]

Dünya

Sabiq prezident intihar etdi

Korrupsiyada itiham edilən Perunun sabiq prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. XəbərAl.az “Nyu-York Tayms”a istinadən xəbər verir ki, 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Alan Qarsiya 1985-1990 və 2006-2011-ci illərdə iki dəfə prezident olub. O, hazırda […]

Dünya MARAQLI

Rusiyada yeni milyarderlər tapıldı – Buhman qardaşları…+ Fotolar

Rusiyanın yeni milyarderlərinin siyahısına daha iki nəfər daxil edilib.  XəbərAl.az  xəbər verir ki, “Bloomberg Billionaires Index”in dərc etdiyi siyahıda İqor və Dmitri Buhman qardaşları da yer alıb. Rusiyanın Volqoda şəhərindən olan qardaşlar komputer oyunlarının inkişafı üzrə formalaşmış “Playrix Holding Ltd.” Şirkətinin yaradıcılarıdır. Onların hər birinin sərvəti ayrılıqda 1,4 milyard dollardır. Analitiklər 2001-ci ildə yaradılmış şirkətin illik […]

Dünya Tədbirlər

Türk professordan inanılmaz: erməni qadınlar…

Qondarma erməni soyqırımı ilə bağlı İstanbulda keçiriləcək nümayişlərə qarşı lazımi tədbirlər görülməlidir.   XəbərAl.az  Publika.az-a istinadən xəbər verir ki, bunu türkiyəli professor İbrahim Öztek bildirib. “İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər hər il olduğu kimi 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, […]

Dünya Siyasət

Ərdoğan Rusiyaya gedir….NİYƏ?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək. XəbərAl.az  xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır. Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə […]

Dünya Hadisə

Xəzərdə neft quyusu alovlandı

Xəzər dənizində Qazaxıstanın Manqistau ərazisindəki Kalamkas neft quyusunda yanğın baş verib. XəbərAl.az  xəbər verir ki, “JSC Mangistaumunaigaz” şirkətinə məxsus quyuda müşahidə edilən yanğının hündürlüyü 10 metr çatır, ərazisi isə 900 kvadrat metri əhatə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğını söndürmək üçün 14 yanğınsöndürən və 4 texniki vasitə cəlb edilib. Qeyd edək ki, “JSC Mangistaumunaigaz” Qazaxıstanın […]