Dünya Manşetüstü

Yaponiya orduya pilotsuz helikopterlər alır

Yaponiya hökuməti 2023-cü ildən etibarən ordusunu 20 ədəd pilotsuz helikopterlə təchiz etmək istəyir. XeberAl.az xəbər verir ki, bu barədə “İomiuri” nəşri yazıb. Məlumata görə, yaponlar 2022-ci ilə qədər mümkün ehtimalları nəzərdən keçirəcək. 2023-cü ildən başlanılacaq alışlarda ilkin mərhələdə 3 belə texnika alınacaq. Sonrakı 10 ildə sözügedən texnikanın sayının 20-ə çatdırılması gözlənilir.

Dünya manset

Trampın istədiyi oldu – Ali Məhkəmədən QƏRAR

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın Meksika sərhəddində inşa etmək istədiyi divar üçün Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən 2,5 milyard dolların ayrılması qərarını təsdiqləyib. XeberAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali Məhkəmə bununla da büdcə vəsaitinin sərhəd divarı üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib. Qeyd edək ki, qeyri-leqal miqrantların […]

Dünya manset

Köçəryanın cinayət işi üzrə icraat dayandırıldı

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib. XeberAl.az  Azərtac-a istinadən xəbər verir ki, iyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən […]

Dünya Manşetüstü

Türkiyə silkələndi

Türkiyənin Van şəhərində yeraltı təkanlar qeydə alınıb. XeberAl.az xəbər verir ki, episentri Çaldıran əyalətində yerləşən zəlzələ 3,3 bal gücündə olub. Kandilli Rəsədxanasından verilən məlumata görə, zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.

Dünya manset

NATO-dan Kremlə sərt mesaj

Əgər Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasına 2 avqusta qədər geri dönməsə, NATO ona koordinasiyalı cavab verəcək. XeberAl.az xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı NATO Baş katibi Yens Stoltenberq deyib. “Əgər onlar razılaşmaya əməl etməsələr, biz cavab verəcəyik. Cavab koordinasiyalı olacaq. NATO-nun bir sıra cavab variantları var. Xüsusilə, bu, raketdən […]

Dünya Manşetüstü

Ermənistanda polislə toqquşma: yaralılar var

Ermənistanın İcevan şəhərində taxta-şalban sexlərinin işçiləri Gürcüstana gedən yolu bağlayıb. XeberAl.az xəbər verir ki, buna səbəb onlara meşədə ağacların kəsilməsinə qoyulan qadağa olub. Polisin etirazçıları yoldan təmizləmə cəhdi onların toqquşmasına şərait yaradıb. Ermənistan Səhiyyə Nazirliyi isə insident nəticəsində yaralananların sayının 13-ə çatdığını bildirib.

Dünya manset

NATO-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: “Qəbul edilməyəcək”

“Türkiyə S-400-dən daha qiymətlidir”. XeberAl.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Aspen İnstitutunun illik təhlükəsizlik konfransına qatılan baş katib Türkiyənin Rusiyadan S-400 müdafiə kompleksləri ilə bağlı danışarkən bildirib ki, bir NATO müttəfiqi kimi Türkiyə bir razılaşmadan daha üstündür: “Türkiyənin NATO-ya faydası və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən çox daha dərin və […]

Dünya manset

Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək – Səudiyyə Ərəbistanından JEST

Səudiyyə Ərəbistanı Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində baş verən məscidlərə silahlı hücum zamanı həlak olan müsəlmanların yaxınlarına və yaralılara jest edib. XeberAl.az  xəbər verir ki, həmin şəxslər “Xədmül Hərəmi Şərifin qonaqları” kimi Həcc ziyarətində gedə biləcək. SPA agentliyinin məlumatına görə, Kral Salman ibn Əbdüləziz 200 nəfərin Həcc ziyarətini pulsuz yerinə yetirmək üçün fərman […]

Dünya Manşetüstü

SON DƏQİQƏ: güclü zəlzələ BAŞ VERDİ

Argentinada güclü yeraltı təkanlar qeydə alınıb. XeberAl.az  xəbər verir ki, Katamarkanın Tinaqosta rayonundan 47 km məsafədə 4,5 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəbərinə görə, yerli vaxtla 00:31-də qeydə alınan yeraltı təkanların episentri San Antonio de los Kobres məntəqəsindən 104 km məsafədə, 205 kilometr dərinlikdə yerləşib. Titrəyiş Boliviya, Çili və Argentinada hiss […]