Dünya manset

Tramp Venesuelanı blokadaya almaq istəyir

ABŞ prezidenti Donald Tramp məsləhətçilərə Venesuelanın dəniz blokadasının tətbiqini müzakirə etməyi təklif edirdi. XeberAl.az xəbər verir ki, bu haqda administrasiyadakı beş mənbəyə istinadən “Axios” portalı bildirib. Mənbələrin məlumatına görə, Tramp ölkəyə malların çatdırılmasına imkan verməmək üçün Venesuelanın sahil boyu Amerika Hərbi Dəniz Qüvvələrinin gəmilərini yerləşdirməyi təklif edirdi. Portal iddia edir ki, Tramp belə müzakirələri son […]

Dünya manset

İrandan Əfqanıstana təklif: Sülhü biz təmin edərik…

ABŞ-ın hərbi varlığı Əfqanıstanın təhlükəsizliyinin xeyrinə deyil. XeberAl.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Əfqanıstan səfiri Abdulqafur Livalla görüşü zamanı deyib. “Biz əminik ki, ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğu da bu ölkənin və xalqının təhlükəsizliyinə xeyir verməyib və vermir”, – Ruhani bildirib. Prezidentin sözlərinə görə, Tehran Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında iştirak etməyə […]

Dünya manset

Zelenski paytaxtı köçürür? – Şok iddia

Ukrayna Prezidenti Vladimir Zelenski paytaxtı Kiyevdən başqa şəhərə köçürmək niyyətindədir. XeberAl.az  xəbər verir ki, bu iddia ilə yəhudi biznesmen, Ukrayna parlamentinin üzvü Vadim Rabinoviç çıxış edib. Onun fikirləri ölkədə müzakirələrə səbəb olub. V.Zelenski və digər dövlət rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Dünya manset

İki ölkə ABŞ-a qarşı anlaşdı – Yeni gəlişmə

İki ölkə ABŞ-a qarşı hərbi əməkdaşlıq mövzusunda razılığa gəlib. XeberAl.az xəbər verir ki, Çin və Şimali Koreya Asiya-Sakit okean bölgəsində təhlükəsizliyi təmin etmək məqsədilə hərbi əməkdaşlığı artıraraq birlikdə çalışacaqlarını açıqlayıb. Tərəflər ABŞ-ın bölgədəki fəaliyyətini təhdid kimi xarakterizə edərək hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində anlaşıblar.

Dünya Manşetüstü

Çində zəlzələ oldu

Çin Xalq Respublikasının Tayvan adasında 5 bal gücündə zəlzələ olub. XeberAl.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 12:05-də Xualien dairəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthində 6 kilometr dərinlikdə olub. Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Dünya Manşetüstü

Türkiyədə qorxunc hadisə – 37 nəfər…

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub. XeberAl.az xəbər verir ki, dumanlı hava şəraitində baş vermiş qəzada 37 nəfərin yaralandığı bildirilir. Onlardan üçünün vəziyyəti ağırdır. Hadisə ilə bağlı istintaq aparılır. Gecə saatlarında baş vermiş hadisə səbəbindən yolda hərəkət 2 saat dayanıb.

Dünya manset

Şoyqu ABŞ-ı təhdid etdi: Raketləriniz…

Rusiya dialoqa hazırdır və Avropa və Asiyada raketlər yerləşdirilməyəcəyi təqdirdə simmetrik cavab verməyəcək. XeberAl.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. “Əgər siz razılaşmaq istəyirsizsə, onda gəlin razılaşaq. Amma əgər belə bir arzu yoxdursa, yalan danışmaq lazım deyil və demək lazımdır ki, biz artıq razılaşmaq istəmirik, raketləri Asiya və digər regionlara yerləşdiririk. Amma […]

Dünya manset

Futbola baxan “saqqallı” qızlar saxlanıldı

İranda futbol oyununu izləmək istəyən 6 qız süni bığ və saqqal yapışdıraraq stadiona daxil olub. XeberAl.az xəbər veri ki, əvvəlcə heç kim onların qız olduğunun fərqinə varmayıb. Sonradan planları üzə çıxan qızlar yerli polis tərəfindən saxlanılıb. Məlum olub ki, onlardan biri jurnalistdir. İran qanunlarına əsasən, qadınların stadionda futbol matçını izləməsi qadağandır. Bu səbəbdən həmin qızlar inzibati […]

Dünya manset

Əfqanıstanda partlayış zamanı 11 nəfər həlak olub

Əfqanıstanda partlayış törədilib. Bu barədə XeberAl.az  RİA “Novosti” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə Balh əyalətinin Daulat Abad dairəsində qeydə alınıb. Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub. “Nəqliyyat vasitəsi güclü bomba ilə partladılıb. Biz hətta meyitləri tanıya bilmirik. Ölənlərdən 5-i bir ailənin üzvləridir”, – deyə dairənin rəhbəri Məhəmməd Yusuf agentliyə bildirib.

Dünya manset

Nyu-Yorkda təyyarə yaşayış binasına çırpıldı

ABŞ-ın Pokipsi şəhərində (Nyu-York ştatı) “Cessna 303” təyyarəsi yaşayış binasına çırpılıb. XeberAl.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya İdarəsindən bildiriblər. Məlumata əsasən, təyyarədə 3 nəfər olub. Qəza nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat verilmir. Bildirilir ki, qəza ilə bağlı araşdırma aparılır.