Dünya manset

Türkiyədən ABŞ-a etiraz – Diplomat XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı Səfirliyinin müşaviri sosial şəbəkədə xoşagəlməz bir ifadənin bəyənilməsi səbəbindən Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. XəbərAl.az xəbər verir ki, səfir Ankara kənarında olduğundan sosial şəbəkədəki xoşəgəlməz ifadənin bəyənilməsi ilə bağlı narahatlıq onun müşavirinin diqqətinə çatdırılıb. Mövzuya aydınlıq gətirən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu KİV nümayəndələrinə bildirib ki, FETÖ/PDY terror təşkilatlarının fəalı Ergün Babahanın […]

Dünya Manşetüstü

Hindistanda sel 70-dən çox insanın ölümünə səbəb olub

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında sentyabrın 27-dən başlayan güclü yağışlardan sonra yaranmış sel nəticəsində azı 73 nəfər ölüb. Bu barədə XəbərAl.az RİA “Novosti”yə istinadən xəbər verir. Ştatın təbii fəlakətlərə qarşı mübarizə idarəsindən bildirilib ki, hadisə zamanı bəziləri suda boğularaq, bəziləri üzərlərinə divar və ağaclar düşməsi nəticəsində, digərləri isə qırılaraq suya düşən elektrik naqillərindəki cərəyanın vurması nəticəsində ölüblər. […]

Dünya Manşetüstü

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb – FOTO

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib. Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb. İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir. […]

Dünya manset

Ərdoğan bu tarixdə hakimiyyətdən gedir – Şok iddia

Türkiyədə tez-tez “müharibə başlayır”, “böhran yaxınlaşır”, “vətəndaş müharibəsi olacaq” kimi fikirləri ilə gündəmə gələn jurnalist Ərol Mütərcimlər ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bağlı şok iddia irəli sürüb. XəbərAl.az xəbər verir ki, bu barədə Mütərcimlər sosial şəbəkə hesabında yayımlanan videoda danışıb. “2023-cü ildə Tayyib bəyin namizədliyi yoxdur. Bu və ya digər formada geri çəkiləcək, 2023-cü ildə […]

Dünya manset

Ərdoğanın qarşısına o çıxarılır – Müxalifətdən sensasion anlaşma

“Yeni siyasi partiya quruculuğunu davam etdirən Türkiyənin sabiq iqtisadiyyat naziri Ali Babacan qarşıdakı prezident seçkisində müxalifətin vahid namizədi olacaq”. XəbərAl.az xəbər verir ki, bunu türkiyəli politoloq Bülənt Aydəmir deyib. Politoloq müxalif cəbhənin Babacanın hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı güclü fiqur ola biləcəyini düşündüyünü bildirib və bu barədə ana müxalifət partiyaları arasında razılaşmanın olduğunu iddia […]

Dünya manset

Putin pıçıldadı: “Heç kimə demə” – ABŞ silkələndi/Video

Rusiya Prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub. XəbərAl.az xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons “Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub. Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: “Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik […]

Dünya manset

Aleksandr Lukaşenkonun Ermənistana səfərini yarımçıq dayandırmasının səbəbi açıqlanıb

“Belarus prezidenti Aleksandr Lukaşenkonun ailəsində bədbəxt hadisə baş verdiyi üçün Avrasiya İqtisadi İttifaqının Ali Şurasının tədbirini tez tərk etdi”. XəbərAl.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Aleksandr Lukaşenkonun ailəsində yas mərasimi olduğu üçün tədbiri tez tərk edərək Ermənstandan getdi. Onun həmin mərasimdə iştirakı vacib idi”, -deyə o, vurğulayıb. Qeyd […]

Dünya manset

Türkiyə səfirliyi yaxınlığına raket zərbəsi endirildi

Bağdadda hökumət binaları və səfirliklərin yerləşdiyi “yaşıl zona”ya raket zərbələri endirilib. XəbərAl.az xəbər verir ki, bu məlumatı “Əl Ərəbiyyə” yayıb. Məlumata görə, iki raketin “yaşıl zonaya” düşməsi nəticəsində partlayış baş verib. Raketlərdən biri Türkiyə səfirliyi, digəri isə Xarisiyə körpüsü yanında partlayıb. Partlayış nəticəsindən xəsarət alanların olmadığı vurğulanıb.

Dünya manset

Şok gəlişmə: Münaqişə həll olundu – Separatçılar geri çəkilir

Donbas (Ukrayna) münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu işğal bölgəsinə xüsusi statusunun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb. XəbərAl.az  xəbər verir ki, Belarusun paytaxtında baş tutan görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama yayıb. “Bölgədəki hərbi birləşmələrin çıxarılması barədə anlaşdıq, hər kəsi təbrik edirəm. Petrovskoye və Zolotoyedəki hərbi birləşmələrin geri çəkilməsi məsələsinin də nəticə […]