Dünya

Heyli Biber yaylığına görə “nənələri təhqir etməkdə” günahlandırılıb – FOTO

Model və iş qadını Heyli Biber hazırda Kaliforniyada keçirilən illik “Coachella” musiqi festivalına qatılıb. 27 yaşlı Heyli Biber qeyri-adi şəkildə ictimaiyyət qarşısına çıxıb. İş qadını ağ-göy rəngli pencək, qara enli şalvar, ağ köynək, boz idman ayaqqabısı geyinib və başına qırmızı papaq qoyaraq üstündən bəbir təsvirli yaylıq geyinib. Model saçlarını at quyruğu formasında yığıb və yüngül […]

Dünya

İranda repressiv qüvvələrlə əhali arasında qarşıdurma: Qızları özləri ilə aparmaq istədilər – VİDEO

Sosial şəbəkələrdə İranın Rəşt şəhərində əxlaq polisinin məcburi hicab qaydalarına riayət etməyən bir neçə gənc qızla kobud rəftarını əks etdirən video paylaşılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Görüntülərdə repressiv qüvvələrin qızları zorla özləri ilə aparmaq istədikləri kadrlar əks olunub. Qeyd edək ki, ətrafdakı insanlar zorakılığa qarşı çıxaraq, qızları repressiv qüvvələrin əlindən xilas […]

Dünya

Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı – VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə gələn minik avtomobili piyada keçidində məktəbli qızı vurub. Qız və yanındakı dostu yolu keçmək istədikləri zaman maşın tam sürətlə onlara doğru sürüb. Oğlan üzərilərinə gələn maşından yayına bilsə də, qız buna müvəffəq ola bilməyib. Zərbənin təsiri qızı bir neçə metr uzağa ataraq sürükləyib və […]

Dünya

Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər

Tatarıstanda 14 yaşından yeniyetmələrin müəssisələrdə, o cümlədən müdafiə müəssisələrində işlə təmin olunması təcili vəzifə kimi formalaşdırılıb və bu, regional məşğulluğun təşviqi proqramına salınıb. Məmurların hazırladığı proqramda qeyd olunub ki, əmək qabiliyyətli əhalinin azalması səbəbindən fabriklərdə gənclərə ehtiyac yaranıb və bu, 1990-cı illərin demoqrafik boşluğunun nəticəsidir. Proqramın məqsədi 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsini 11%-ə endirməkdir. Tatarıstanın […]

Dünya

Türkiyədə depressiyaya düşən kişidən maraqlı intihar üsulu: Əqrəb yedi və… – FOTO

Türkiyənin Kayseri vilayətində iki əqrəb yeyən şəxsin sərnişin avtobusunda vəziyyəti pisləşib və Samsunda aparıldığı xəstəxanada vəfat edib. Məlumata görə, Kayserinin Kocasinan rayonunun Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşüb və bu səbəbdən iki ədəd əqrəb yeyib. Sərnişin avtobusu ilə Artvinə səfər edən kişi yolda özünü pis hiss edib. “Kəndimdə ölmək üçün iki ədəd əqrəb yemişəm”, […]

Dünya

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO

ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmos tullantılarıdır. Bu barədə NASA-nın saytında məlumat verilib. Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə […]

Dünya

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir. Orta hesabla braziliyalılar gündə iki dəfə duş qəbul edirlər. Eyni zamanda, yerli sakinlərin yalnız yeddi faizi […]

Dünya

Belarusda avtobusla yük maşını toqquşdu: 40-dan çox yaralı var

Belarus Səhiyyə Nazirliyi Minsk yaxınlığında avtobusla ağır yük maşınının toqquşması nəticəsində 43 nəfərin xəsarət aldığını bildirib. “43 zərərçəkənin üçü yeniyetmədir, onlardan biri xəstəxanaya yerləşdirilib”, – deyə Minsk təcili tibbi yardım stansiyasının baş həkimi Aleksandr Jinko bildirib. Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları 30-dan çox zərərçəkmişi paytaxt xəstəxanalarının təcili yardım şöbələrinə çatdırıblar, bir neçə nəfər […]

Dünya

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? – Qərar AÇIQLANDI

İsrail Müdafiə Qüvvələri (IDF) İranın hücumuna necə cavab verəcəkləri barədə artıq qərar verib. Məlumata görə, İDF hələ də cavab hücumunun vaxtını müəyyənləşdirməyib. Bildirilib ki, variantlar arasında İranın nüvə obyektlərinə zərbə endirmək və ya dron obyektlərini və ya ballistik raketləri vurmaq daxildir. Bundan əlavə, İsrail kiberhücum və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar tətbiq […]

Dünya

Xavi Ernandes: “Barselona” hakim səhvinin qurbanı oldu”

“Barselona” klubunun baş məşqçisi Xavi Ernandes komandasının evdə PSJ-yə böyük hesabla məğlub olaraq turnirdən kənarda qalmasını şərh edib. O, klubun uğursuzluğunda hakimi günahlandırıb. “Bizim üçün Çempionlar Liqasının hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Sadəcə hakimə onun fəlakət olduğunu söylədim. Bu reallıqdır. Çempionlar Liqasında güclü idik və düşünürəm ki, bu, vacibdir. Kiçik detallara nəzarət etməyi […]