Dünya

Türkiyə və ABŞ arasında məsləhətləşmələr keçirilib

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar ABŞ-li həmkarı, dövlət katibinin müavini Con Bass ilə görüşüb. Tərəflər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə gözlənilən səfəri, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Məlumata görə, görüş Ankarada baş tutub. Ərdoğanın mayın 9-10-na planlaşdırılan Vaşinqtona rəsmi səfərinin hazırlanması ilə bağlı bəzi detallar razılaşdırılıb. Həmçinin, Türkiyə tərəfi Rusiya-Ukrayna […]

Dünya

Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı – TƏHLİL + FOTO

Ermənistanın hakim siyasi elitasının atdığı səhv addımlar və verdiyi yanlış qərarlar nəticəsində ölkə hər gün uçuruma sürüklənir. Maraqlıdır ki, səhvlərindən nəticə çıxarmaq əvəzinə hər gün yeni sərsəm bəyanatlar səsləndirilir, daha yanlış qərarların verilməsi müşahidə edilir. Son iki gündür rəsmi İrəvan yeni qalmaqallarla çalxalanır. Bu dəfə isə qalmaqalın mərkəzində baş nazir Nikol Paşinyan və onun həyat […]

Dünya

Rafael Nadal kortlara qələbə ilə qayıtdı

Rafael Nadal Barselonada Peşəkar Tennis Assosiasiyası (ATP) turnirinin ilk tur matçında italiyalı Flavio Kobollini məğlub edib. Qarşılaşma Nadalın öz adını daşıyan kortda baş tutub. Görüş 6:2, 6:3 hesabı ilə Nadalın xeyrinə başa çatıb. Növbəti mərhələdə Nadal avstraliyalı Aleks de Minaurla qarşılaşacaq. Qeyd edək ki, bu, Nadalın yanvarın 5-dən bəri ilk görüşü olub. Mənbə: TASS Xeberal.az

Dünya

Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir – VİDEO

Gürcüstanda etirazçılar parlamentin xidməti girişində polis əməkdaşları ilə əlbəyaxa dava ediblər. Onlar xarici agentlər haqqında qanun layihəsinə birinci oxunuşda baxılmasına qarşıdırlar. Polis nümayişçilərdən darvazanın yanından uzaqlaşmalarını istəyib, lakin onlar imtina ediblər, bundan sonra dava başlayıb. Mümkün həbslərin ola biləcəyi gözlənilir. Qeyd edək ki, xarici agentlər haqqında qanun Rusiyada, bəzi Qərb ölkələrində, həmçinin Avstraliya, İsrail və […]

Dünya

Rusiyada “S-300” və “S-400” raketlərinin hazırlandığı zavod yanıb

Rusiyadakı “Avanqard” hərbi zavodunda yanğın baş verib. Məlumata görə, yanğın 50 kvadratmetr ərazini əhatə edib. Hadisə “Avanqard”ın 12 saylı sexində baş verib. Yanğın lokallaşdırılıb. Qeyd edək ki, zavod hava hücumundan müdafiə sistemləri üçün raketlər istehsal edir. Açıq mənbələrdə bildirilib ki, zavod “S-300” və “S-400” kompleksləri üçün əsas raket tədarükçüsüdür. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər

Belçikanın ən böyük məhkəmə binası olan Brüsseldəki Ədliyyə Sarayının işçiləri içəriyə bomba qoyulması barədə siqnal aldıqdan sonra təxliyə edilib. Məsələ ilə bağlı təfərrüat hələlik açıqlanmayıb. Qeyd edək ki, Belçikada ictimai binalarda bomba yerləşdirilməsi barədə xəbərlər tez-tez yayılır, adətən evakuasiya və binaların yoxlanılması üçün vaxt lazım olur. Xəbərlərin mütləq əksəriyyəti bir qayda olaraq saxta çıxır. Mənbə: TASS Xeberal.az

Dünya

Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi – VİDEO

Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən ümumilikdə 45 aviareysi ləğv edib. Bu barədə hava limanının məlumatında bildirilib. Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib. “Daha üç reys qonşu hava limanlarına yönləndirilib”, – deyə hava limanının saytında qeyd edilib. Gün ərzində hava limanında bütün əməliyyatlar 25 dəqiqə […]

Dünya

İsrail qüvvələrinin PUA hücumu nəticəsində “Hizbullah”ın səhra komandiri ölüb – VİDEO

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda “Hizbullah” yaraqlılarının maşınına zərbə endirib. Bu barədə “Voice of Lebanon” xəbər yayıb. Bildirilir ki, hücum ölkənin əsas magistralının Ayn-Baal və Aytit yaşayış məntəqələri arasında olan hissəsində edilib. Nəticədə yaraqlıların səhra komandiri, Livanın cənubunun qərb sektorunda müdafiəyə cavabdeh olan Basem Əbu Cəfər ölüb. Onunla birlikdə maşında […]

Dünya

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayna Ali Radası sənədi aprelin 11-də ikinci və yekun oxunuşda qəbul edib. Qanun səfərbərlik prosedurunu və hərbi xidmətdən yayınanların cəzasını […]

Dünya

KTMT baş katibi Ermənistanın fəaliyyətinin “dondurulması”ndan danışdı: “Məsələ kimin nəyi itirəcəyində deyil”

“KTMT-yə üzv ölkələrin analitikləri Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi tendensiyasının olduğunu qeyd edirlər. Aydındır ki, belə risklər mövcuddur. Region ölkələrinin siyasi rəhbərliyinin, ilk növbədə, öz xalqları qarşısında üzərinə böyük məsuliyyət düşür. KTMT katibliyi də öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, təşkilatın məqsədlərinə, imzaladığı sənədlərə və elan edilmiş təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üzrə problemləri […]