Bölgə

Xaçmazda ilk qar – FOTO

Xaçmaz şəhərinə qar yağıb. Uzun zamandır şəhər mərkəzinə yağmayan qar sakinlərin sevincinə səbəb olub. Qeyd edək ki, gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.  

Bölgə

Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu – VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub. Bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər. Əvvəlcə binanın qarşısında […]

Bölgə

“Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq”

“Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndi ilə bərabər Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qısa zamanda qaytarılacaq”. XəbərAl.az xəbər verir ki,  bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 9 noyabr bəyanatında cəmiyyəti narahat edən səbəblərdən biri Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsi idi:  “9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət […]

Bölgə

Talış və Suqovuşana gedən yolun tikntisi davam edir – Fotolar

Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasına başlanılıb. Belə layihələrdən biri də Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. XəbərAl.az xəbər verir ki, Azərtac-ın bölgə müxbiri Suqovuşan kəndinə gedərək yolun bərpası istiqamətində keçirilən genişmiqyaslı tikinti işləri ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Pərviz Əliyev […]

Bölgə

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb – RƏSMİ

Suqovuşan su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir. Bununla bağlı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci […]

Bölgə

Azərbaycanda daha bir kəndin adı dəyişdirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. O bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, […]

Bölgə

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrliyində, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, məhdudlaşdırma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Təmir müddəti ərzində nəqliyyyat vasitələrinin […]