Ana Səhfə

Dövlət Xidmətinin müfəttişi barəsində cinayət işi başlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin müfəttişi vəzifəsində işləyən Vazeh Musayev istintaqa cəlb edilib. XəbərAl.az  ONA-ya  istinadən xəbər verir ki, onun barəsində cinayət işi başlanıb. V. Musayev dələduzluqda və rüşvət verməkdə təqsirli bilinərək istintaqa cəlb edilib.

Ana Səhfə

Yanan binadan oğurluq edən hamını şoka saldı – Foto

Bu gün Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı bir nəfər qarışıqlıqdan istifadə edərək oğurluq edib.   XəbərAl.az xəbər verir ki, bu barədə Feysbukda “Üz-üzə” səhifəsi məlumat yayıb. “Bu cür fürsətcil insanlarımız da var. Yasamalda yanan yaşayış kompleksindən oğurluq edən şəxs tutulub. Sözün bitdiyi an…”, – məlumatda bildirilib.

Ana Səhfə

“Bəxt üzüyü”nün 64 yaşlı Sedası illərə meydan oxuyur — FOTO

Ramiz Əzizbəylinin rejissoru olduğu “Bəxt üzüyü” filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova illərə meydan oxuyur. XəbərAl.az-ın  məlumatına görə, hazırda 64 yaşında olan sənətçi paylaşdığı son fotosu ilə diqqət çəkib. Fotodan Rəhimbəyovanın öz yaşından 15-20 yaş gənc göründüyü aydın olur. Qeyd edək ki, 1955-ci il təvəllüdlü Firəngiz Rəhimbəyova 25 ildən artıqdır ki, Amerikada yaşayır.  

Ana Səhfə

Prezidentdən kredit borcu olanlara – Xoş xəbər

Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb […]

Ana Səhfə

Prezident müavinətləri artırdı – Mühüm sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.   XəbərAl.az  sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 1.1. yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması; 1.2. […]

Ana Səhfə

Baş redaktorun avtomobilindən oğurluq edilib – FOTOLAR

XəbərAl.az-a  daxil olan məlumata görə, 25.02.2019-cü il gecə saatlarında “Xalqxeber” saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib. Beləki, P.Sadıqov şəxsi sosial profilində bu barədə qeyd edib. Facebook səhifəsində baş verənləri belə qeyd edib: “Allah bəlanızı versin. Səhər-səhər mənə bu stresi yaşatdığınız üçün. Oğruluğun axırı qırx gün çəkir. Qanun […]

Ana Səhfə

“DƏLİ AFƏT” (Hekayə) Rauf Qərib

Məktəbdə oxuduğum zamanlarda məktəbimizin yaxınlığındakı baxçada 16-17 yaşlarında gənc və çox gözəl bir qız qalırdı. Həqiqətən çox gözəl idi. Yaşımız ondan az olsa da bütün sinif, hətta bütün məktəb ona heyranlıqla baxırdı. Yamyaşıl gözləri, qızıl sarısı saçları, süd kimi ağ dərisi, ay kimi parlaq siması… Dəmir hasarın arxasında oturar, gələn-gedən bütün uşaqlara təbəssüm edər, qucağındakı […]

Ana Səhfə

Azərbaycanda yaz hansı tarixdə başlayacaq?

2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. XəbərAl.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.   Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Ana Səhfə

İtkin düşən tələbə tapıldı

Fevralın 17-də itkin düşən tələbə, Goranboy rayon sakini Mayis Qurbanov tapılıb. XəbərAl.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, M.Qurbanov RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.   Qeyd edək ki, Bakıya gəlmək üçün Gəncədən yola düşən Mais Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir.      

Ana Səhfə

Piyada avtobusun altında qaldı….Bakıda dayanacaqda hadisə

Paytaxtın Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 1 nəfər dayanacaqda dayanmış avtobusun altına düşüb. XəbərAl.az FHN-ə istinadən xəbər verir ki, piyadanın xilas olunması üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə çağırılıblar. Piyada avtobusun altından çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.