AKTUAL

Haitidə tropik qasırğası 5 nəfərin ölümünə səbəb olub

Haiti adasında meydana gələn güclü tropik fırtınaları nəticəsində azı 5 nəfər ölüb. APA xəbər verir ki, bu barədə “France Press” agentliyi yerli xilasetmə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, iki nəfər paytaxt Port-o-Prensdə ölüb, digər üç yeli sakinin meyiti isə Site-Soley şəhərciyində aşkar olunub. Port-o-Prensdəki qəsəbələrin birində su axınları onlarla birmərtəbəli evləri dağıdıb. Nəticədə təxminən […]

AKTUAL

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın zənginlədirilmiş uran ehtiyatlarını artırdığını təsdiqləyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Yukiya Amano İranın az zənginlədirilmiş uran ehtiyatlarını artırdığını təsdiqləyib. Xeberal-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Agentliyin sözçüsü Fredrik Dahl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yukiya Amano İranın zənginləşdirilmiş uran ehtiyatlarının 300 kiloqramı keçməsi ilə bağlı qurumun idarə heyətini məlumatlandırıb.

AKTUAL

Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb

2019-cu ildə Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Qeyd olunub ki, Azərbaycan adları, fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatların verilməsi barədə e-xidmətlərinə daha çox müraciət olunub. Kollegiya iclasında vətəndaşlar üçün daha aktual və tələbli olan yeni […]

AKTUAL

Səfir: “Azərbaycanla Hindistan arasında əlaqələr tarixi bağlar əsasında qurulub”

“Azərbaycan iqtisadiyyatı diversifikasiya prosesindədir, islahatlar həyata keçirilir və bu hindistanlı iş adamları üçün çox cəlbedicidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan-Hindistan iş adamlarının görüşü zamanı çıxışında Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq deyib. O bildirib ki, Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və mədəni bağlar əsasında qurulub: “1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu yana Azərbaycan və Hindistan […]

AKTUAL İqtisadiyyat

Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?

2019-cu il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715,0 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər […]

AKTUAL

Ərdoğan: “ABŞ S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”

“Rusiyanın S-400 hava hücumundan müdafiə kompleksləri on gün ərzində Türkiyəyə gətiriləcək” Xeberal “vesti.ru”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvəs görüşü çərçivəsində ABŞ prezidentilə görüşündən sonra jurnalistlər qarşısında söyləyib. O, həmçinin sözügedən zenith-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə […]

AKTUAL

Putin daşqınlardan əziyyət çəkən İrkutsk vilayətinə baş çəkib

Rusiya prezidenti Vladimir Putin daşqınlar səbəbindən fövqəladə vəziyyətin elan edildiyi İrkutsk vilayətinə yollanıb. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, ölkə lideri Bratsk şəhərində dayanıb. Bildirilir ki, Putin şəhər aeroportunda təcili iclas çağırıb və burada yerli idarəetmə orqanlarını qəbul edərək öz tapşırıqlarını verib. Federal qurumların rəhbərləri daşqın bölgələrindəki vəziyyət barədə prezidentə məlumat verib və yaranmış […]

AKTUAL

Səhhəti yaxşılaşan Tunis prezidenti gələn həftə xəstəxananı tərk edəcək

Tunis prezidenti Beji Kaid əs-Sebsinin səhhəti yaxşılaşmağa doğru gedir, bazar ertəsi və ya çərşənbə axşamı günü o, hərbi hospitalı tərk edə biləcək. APA xəbər verir ki, bu barədə “Agence France Press” agentliyinə dövlət başçısının oğlu Hafez Kaid əs-Sebsi məlumat verib. “Prezidentin səhhəti yaxşılaşır, onun durumu üçün təhlükə yoxdur, ümid edirik ki, bazar ertəsi və ya […]

AKTUAL

Birinci Xəzər İqtisadi Forumunun keçiriləcəyi məkan və tarix açıqlanıb

Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də Türkmənistanın “Avaz” turizm zonasında keçiriləcək. APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib. Xəzərin hüquqi statusu barədə Konvensiya 12 avqust 2018-ci ildə imzalanıb və sənədin imzalanmasının ildönümündə keçirilən bu Forum strateji əhəmiyyət daşıyır. Uzun illər ərzində aparılan danışıqlardan sonra imzalanmış Konvensiya Xəzərdə […]