MARAQLI

Tərbiyəçi əynini gec geyinən uşağı qəddarcasına döydü – VİDEO

Yeddi yaşlı uşaq əynini gec geyindiyi üçün tərbiyəçi tərəfindən qəddarcasına döyülüb. Baş verənlər barədə görüntüləri uşağın atası sosial şəbəkədə paylaşıb. Atanın sözlərinə görə, prokurorluğa, Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə dəfələrlə bu mərkəzlə bağlı şikayətlər daxil olub. Döyülən digər uşaqlar hətta polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıblar. Lakin mərkəzdə nə uşaqlara münasibət dəyişib, nə də müəllimlərə […]

AKTUAL Cəmiyyət

Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Frunze 5 ünvanında yaşayan sakinlər yol və su problemindən əziyyət çəkirlər. Baku TV xəbər verir ki, yolların bərbad vəziyyətdə olması, kanalizasiyanın işləməməsi və suyun gəlməməsi barədə sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər. Onlar müraciətlərinin bu günədək cavabsız qaldığını bildirirlər: “Yağışlı havada küçələrimiz gölü xatırladır, yay aylarında içməyə su tapmırıq. Kanalizasiya isə bütün […]

Siyasət

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İdlibdə 33 türkiyəli əsgərin şəhid olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə […]

Cəmiyyət

Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. Ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş […]

Siyasət

İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında – YENİLƏNİB + FOTO

Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi […]

Araşdırma

BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? – AÇIQLAMA

Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. Bu sözləri açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib – şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib. Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu […]

AKTUAL Cəmiyyət

Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? – RƏSMİ

Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib: “Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər […]

Siyasət

Prezident DTX-nin strukturunda dəyişiklik etdi – FƏRMAN

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, dəyişikliklə bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və […]

Siyasət

Fəzail Ağamalı:Şəhid olan Türk qardaşlarımıza TANRIDAN rəhmət, doğmalarına səbr diləyirəm

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində qardaş Türkiyənin əsgərlərinin şəhid olması xəbərindən çox sarsıldım. Şəhid olan Türk qardaşlarımıza TANRIDAN rəhmət, doğmalarına səbr diləyirəm. Başın sağ olsun, TÜRKİYƏM! Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, Tarix elmləri doktoru, professor

Araşdırma

“Məmurlar ekzotika xatirinə kəndlilərin torpaqlarını əllərindən alırlar” – İTTİHAM

Yerli fermerlərin əksəriyyəti əhali tərəfindən daha çox istifadə olunan bitki və heyvanlar yetişdirirlər. Ancaq yeni istiqamətlər axtaran və bizim üçün ekzotik növlərin yetişdirilməsində özlərini sınamağa çalışanlar da var. Belə ki, bir neçə il əvvəl Salyan rayonunda yeyilə bilən qurbağaların yetişdirilməsi üçün bir ferma ortaya çıxmışdı. Bölgələrin birində ixrac üçün ilbiz yığma biznesi fəaliyyətə başlamışdı. Quşçuluq […]